YAP Binəqədi rayon Təşkilatının hesabat tədbiri keçirilib
Tarix: 11.02.2015 | Saat: 16:27:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının inzibatı binasında Rayon Partiya Təşkilatının 2014-cü il ərzində fəaliyyətinə dair hesabat tədbiri keçirilib. Bu haqda Təşkilatın mətbuat xidmətindən məlumat verilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət daimi komitəsinin sədri Eldar İbrahimov, YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi RİH başçısının müavinləri və Aparatın şöbə müdirləri, YAP Binəqədi rayon Təşkilatı Şura üzvləri, ərazi-ilk partiya təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə YAP Binəqədi rayon Təşkilatının inzibati binasının önündə ümumilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyublar.
Sonra rayon partiya təşkilatının 2014-cü il ərzində fəaliyyətini əks etdirən video çarx nümayiş etdirilib.
Tədbirdə məruzə ilə çıxış edən YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov 2014-cü ildə rayon partiya təşkilatının fəaliyyətindən danışıb. O qeyd edib ki, ötən il Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri, cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı təmin edilib, ölkəmizin həyatında böyük uğurlar əldə edilib, mühüm siyasi hadisə olan bələdiyyə seçkiləri keçirilib. Əldə olunan uğurların qazanılmasında Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi, ölkəmizin aparıcı partiyası olan Yeni Azərbaycan Partiyası da mühüm rol oynayıb. Natiq bildirib ki, ötən ilin ən mühüm ictimai-siyasi hadisəsi olan 23 dekabr 2014-cü il tarixində keçirilmiş bələdiyyə seçkilərində Binəqədi rayonu üzrə beş bələdiyyədə YAP namizədləri inamlı qələbə qazanıb, ümumi göstəricilər üzrə Binəqədi rayonu respublika miqyasında öncül yerlərdə qərarlaşıb.
Bildirilib ki, hesabat dövründə rayon partiya təşkilatı tərəfindən gənclərin davamlı inkişafına hədəflənən çoxsaylı maarifləndirici görüşlər, sosial və humanitar layihələr həyata keçirilib. Hesabat dövründə ümumilikdə rayon partiya təşkilatının təşəbbüsü ilə 86 tədbir keçirilib, ərazi-ilk partiya təşkilatları ilə iş aparılıb, mətbuatla sıx əlaqə qurulub. Daha sonra rayon partiya təşkilatının sədri 2015-ci ildə qarşıda duran vəzifələrdən danışıb, təşkilatın fəaliyyətinə göstərilən hərtərəfli dəstəyə görə Binəqədi rayon İcra hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərova təşəkkürünü bildirib.
Sonra çıxış edən YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədri Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov hesabat dövrü ərzində gənclərlə bağlı görülmüş işlər, layihələr haqda danışaraq YAP Binəqədi rayon Təşkilatının 51 ərazi ilk partiya təşkilatında Gənclər Birliklərinin yaradıldığını qeyd edib. O YAP-ın sədri, cənab prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan Dövlət Gənclər siyasətinin Binəqədi rayonunda uğurla həyata keçirildiyini qeyd edib.
Tədbirdə çıxış edən YAP Binəqədi rayon Təşkilatı Qadınlar Şurasinin sədri Aytac Əliyeva Qadınlar Şurasının gördüyü işlər barədə məruzə edib, 68 ərazi ilk partiya təşkilatında Qadınlar Şurasının yaradıldığını, YAP Binəqədi rayon Təşkilatı Qadınlar Şurasının həyata keçirdiyi sosial-humanitar aksiyaları qeyd edib. O YAP-ın sədr müavini, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gördüyü işlərin hər bir qadın üçün nümunə olduğunu qeyd edib.
Hesabat tədbirində çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar Siyasət Daimi Komitəsinin sədri Eldar İbrahimov Binəqədi rayonunun sürətli inkişafından, bu rayonda böyük quruculuq və abadlıq işlərindən danışaraq bu işlərin son illər ərzində həyata keçirildiyini, YAP Binəqədi rayon Təşkilatının gördüyü böyük işləri qeyd edib. O rayon partiya təşkilatının həyata keçirdiyi tədbirlərlə digər rayon partiya təşkilatlarından fərqləndiyini, rayon partiya təşkilatının öncül yerdə qərarlaşdığını bildirib. Binəqədi rayonunda gənclər və qadınların fəallığının artırılması istiqamətində xüsusi işlərin görüldüyünü, fəallıq səviyyəsinin yüksək olduğunu bildirən natiq YAP-ın məqsəd və məramının da məhz bu olduğunu vurğulayıb. Ölkədə aparılan uğurlu iqtisadi siyasətə toxunan Eldar İbrahimov ölkə başçısı İlham Əliyevin apardığı siyasət nəticəsində böyük valyuta ehtiyyatlarının toplandığını, 2015-ci ilin Aqrar sahəyə həs olunduğunu, “Bakı -2015” İlk Avropa Oyunlarının uğurla keçəcəyinə əmin olduğunu ifadə edib.
Sonra tədbirdə çıxış edən Binəqədi rayon İcra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qeyd edib ki, əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyası günümüzün aparıcı təşkilatı, siyasi qüvvəsi və ümumilikdə Cənubi Qafqaz regionunda ən böyük təşkilatdır. Natiq YAP-ın cəmiyyətdə aparıcı siyasi qüvvə olduğunu, partiyanın gənclərin davamlı inkişafında müstəsna rol oynadığını, gənclərə vətənpərvərlik hisslərinin aşılanması, onlarda milli-mənəvi dəyərlərə hörmət hisslərinin formalaşması və inkişafındakı rolunu qeyd edib. Xaləddin İsgəndərov bələdiyyə seçkilərində qalib gəlmiş YAP namizədlərinin əksəriyyətinin gənclərdən ibarət olması, rayonda gənclərin müxtəlif dövlət vəzifələrində geniş təmsilinin dövlət səviyyəsində gənclərə göstərilən inam və etimadın nümunəsi olduğunu qeyd edib. O Binəqədi gənclərinin daim fərqləndiyini, respublika miqyasında hər zaman öncül yerlərdə təmsil olunduğunu, respublikada həyata keçirilən Dövlət Gənclər və Qadın siyasətinin Binəqədi rayonunda uğurla icra edildiyini vurğulayıb.
Çıxışında ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin respublikada apardığı məqəsdyönlü siyasətdən danışan Xaləddin İsgəndərov bildirib ki, bu siyasətın əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və hazırda bu siyasət uğurla icra olunur, cənab prezident Azərbaycanın maraqlarını dünya birliyində uğurla müdafiə edir. Rayonda görülmüş işlərdən danışan Binəqədi rayon İcra hakimiyyətinin başçısı vurğulayıb ki, son iki il səkkiz ay müddətində rayonda mühüm işlər görülüb. Çıxışında YAP Binəqədi rayon Təşkilatının fəaliyyətinə toxunan rayon icra hakimiyyəti başçısı yeni hesabat ilində rayon partiya təşkilatına uğurlar arzulayıb.
Daha sonra tədbirdə partiya sıralarına yeni daxil olmuş bir neçə gəncə partiya vəsqələri təqdim edilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni ən böyük sosial layihəsinə start verir
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10125

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info