Ötən il İqtisadiyyat və Sənaye Nazirliyi 56 adda maarifləndirici materiallar hazırlayıb
Tarix: 11.02.2015 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


Ötən il İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən vətəndaşların, sahibkarların, istehlakçıların maarifləndirilməsi üçün bir sıra çap materialları – kitab, bülleten, kataloq, broşur, buklet və s. çap olunub. 2014-cü ilin ölkəmizdə “Sənaye ili” elan edilməsi ilə bağlı bir çox işlər görülmüş, eyni zamanda Azərbaycanın sənaye potensialına dair müxtəlif çap məhsulları – “Azərbaycan sənayesi, şirkətlər, məhsullar” adlı kataloq, “Azərbaycan sənayesi üç əsrdə” fotoalbomu, “Azerbaijan industry” və “İlin sənaye şirkətləri” broşurları nəşr olunmuşdur. Bundan başqa, ötən il Sumqayıt Kimya Sənaye və Balaxanı Sənaye parkları barədə də müxtəlif materiallar çap olunub.
Xarici iş adamlarının və investorların ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə, potensial investisiya layihələrinə, eləcə də beynəlxalq hesabatlarda ölkəmizin mövqeyinə dair məlumatlandırılması üçün müxtəlif kitab, broşür və disklər hazırlanıb. Özəl sektorun inkişafına dəstək mexanizmlərindən olan Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarların maarifləndirilməsi və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi məqsədilə 2014-cü ildə nümunəvi investisiya layihələri və biznes planlar, “Sahibkarların məlumat kitabçası” və Fondun fəaliyyətinə dair bukletlər çap olunub. Vətəndaşların mənzil qanunvericiliyi ilə bağlı maarifləndirilməsi də ötən il diqqət mərkəzində saxlanılmış və bu məqsədilə Mənzil Məcəlləsinə, eləcə də bu sahə ilə bağlı digər normativ hüquqi sənədlərə dair məlumatların əks olunduğu “Mənzil fondunun yeni idarəetmə üsullarına dair sənədlər toplusu” və “Mənzil hüquqlarımız: Nələri bilməliyik” broşurları nəşr edilib. İstehlakçıların maarifləndirilməsi və sahibkarların istehlakçı hüquqlarına dair məlumatlandırılması məqsədilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən 2014-cü ildə 16 adda 88 min buklet və 6 adda 6 mindən artıq yaddaş kitabçası çap olunub.
Ümumilikdə, 2014-cü ildə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 56 adda 150 minə yaxın maarifləndirici və məlumatlandırıcı materiallar çap olunub, Nazirlik tərəfindən Azərbaycanda və xarici ölkələrdə keçirilmiş müxtəlif tədbirlərdə paylanıb.


İlkin




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info