Bədbəxt hadisələrdən sığortalanmada Almaniya ilə təcrübə mübadiləsi
Tarix: 11.02.2015 | Saat: 16:48:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) ölkəmizdə səfərdə olan Almaniya Federativ Respublikasının Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının (DGUV) prezidenti Yoakim Bröyerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
Görüşdə Azərbaycanla Almaniya arasında əlaqələrin daim gücləndiyini diqqətə çatdıran əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Prezident İlham Əliyevin ötən ay Almaniyaya işgüzar səfərinin ikitərəfli münasibətlərin inkişafında növbəti mühüm addım olduğunu vurğulayıb. Nazir bildirib ki, ƏƏSMN ilə Almaniyanın Əmək və Sosial Məsələlər Federal Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, ötən müddətdə əmək, məşğulluq, əməyin mühafizəsi sahələrində qanunvericiliyin təkmilləşdirilməsi, məşğulluğun inkişafı, əmək bazarı, sosial xidmətin təşkili və s. sahələrdə əməkdaşlıq, habelə qarşılıqlı təcrübə və təlim səfərləri həyata keçirilir: “Almaniyanın “Otto-Bok” firması ilə əməkdaşlıq ölkəmizdə protez-ortopedik təminatın müasir tələblər səviyyəsində qurulmasında mühüm rol oynayıb. Hazırda Avropa Qonşuluq Siyasəti və Tərəfdaşlığı çərçivəsində icra olunan Tvinninq layihəsi çərçivəsində iki qurum əlilliyi olan şəxslərin sosial müdafiəsi, tibbi-sosial reabilitasiya sisteminin inkişafı, TAIEX aləti çərçivəsində isə ölkəmizdə məşğulluq xidməti sisteminin təkmilləşdirilməsi üçün məlumat mübadiləsinin həyata keçirilməsi sahələrində əməkdaşlıq həyata keçirir”.
S.Müslümov son on ildə ümumi daxili məhsulun 3,4 dəfə, o cümlədən qeyri-neft sektorunun 2,6 dəfə artdığı ölkəmizdə əməyin təhlükəsizliyi sahəsində dövlət siyasətinin də daim gücləndiyini qeyd edib: “2004-cü ildən bəri ölkədə 1 milyonu daimi olmaqla 1 milyon 360 min yeni iş yerinin açılması, məşğul əhalinin sayının xeyli artması müqabilində istehsalatla əlaqəli bədbəxt hadisələrin statistikası sabit olaraq qalır. Ölkədə 1997-2000-ci illərdə hər yüz min işləyənə düşən istehsalatda bədbəxt hadisə nəticəsində ölənlərin sayı 4 nəfər olubsa, 2009-2012-ci illərdə bu göstərici 4-6 nəfər olub. 1997-2000-ci illərdə hər yüz min işləyənə düşən istehsalatda xəsarət alanların (ölümlə nəticələnməyən) sayı 16 nəfər olduğu halda, 2009-2010-cu illərdə 15-16 nəfər, 2011-2012-ci illərdə isə 4-5 nəfər təşkil edib. Son iki ildə də bu sahədə demək olar ki, sabit vəziyyət müşahidə olunur”.
Nazir 2011-ci ilin əvvəlindən ölkəmizdə qüvvəyə minən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunun işçilərin icbari sığorta sisteminin formalaşmasında önəmindən bəhs edib: “Biz eyni zamanda işçilərin qeyd olunan hallarda icbari sığortasının təmin edilməsi üçün sığorta şirkətləri ilə qarşılıqlı faydalı əlaqələr qurmuşuq. Artıq nazirliklə 3 sığorta şirkəti arasında bu istiqamətdə əməkdaşlığa dair saziş imzalanıb”.
S.Müslümov ölkəmizdə bu sahədə fəaliyyətin təkmilləşdirilməsində DGUV-la əməkdaşlığın əhəmiyyətinə toxunub: “Almaniyada bədbəxt hadisələrdən sosial sığorta növü sosial təminat sistemində 5 məcburi sığorta növündən biri olmaqla 70 milyondan çox insanı və kifayət qədər geniş fəaliyyət spektrlərini əhatə edir. Bu sistem təkcə bədbəxt hadisələrə və peşə xəstəliklərinə görə kompensasiya ödənişləri ilə məhdudlaşmır, eyni zamanda belə hadisələrin profilaktikası, əməyin təhlükəsizliyi, tibbi, sosial və peşəkar reabilitasiya tədbirlərini nəzərdə tutur. Son illərdə ölkəmizdə əməyin mühafizəsi üzrə laboratoriyaların yenidən qurulmasında DGUV-la apardığımız təcrübə və məlumat mübadilələrinə, eləcə də DGUV-ın Drezdendə yerləşən Əmək və Sağlamlıq İnstitutu ilə həyata keçirilən əməkdaşlığa xüsusi əhəmiyyət veririk. Təbii ki, qarşıdakı dövrdə də DGUV-la daha sıx əməkdaşlıq, iş sahələrində təcrübə və məlumat mübadilələri bizim üçün vacib prioritetlərdən biri olacaq”.
DGUV-nin prezidenti Y.Bröyer iki ölkə arasında əlaqələrin inkişafının sosial sığorta, o cümlədən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində əməkdaşlığın gücləndirilməsi üçün də şərait yaratdığını vurğulayıb. Y.Bröyer ölkəmizdə əməyin sağlamlaşdırılması, eləcə də işçilərin icbari sığortası sahələrində aparılan fəal siyasətə institisional səviyyədə daim dəstək verməyə, bu sahələrdə əməkdaşlığı genişləndirməyə səy göstərəcəklərini diqqətə çatdırıb.
Görüşdə fəaliyyət təcrübələri barədə qarşılıqlı məlumatlar verilib, gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


İlkin




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info