“Cənub Qaz Dəhlizi” Aİ və ölkənin ikitərəfli əməkdaşlığında mərkəzi yer tutur
Tarix: 11.02.2015 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


Azərbaycan Avropa İttifaqının (Aİ) əsas və daha etibarlı tərəfdaşıdır, “Cənub Qaz Dəhlizi” Aİ və ölkənin ikitərəfli əməkdaşlığında mərkəzi yer tutur. Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.
M.Mard deyib: "Hədəfimiz ondan ibarətdir ki, “Cənub Qaz Dəhlizi”nin əsas infrastrukturu 2019-2020-ci illərdə istismara verilsin. Avropanın enerji təhlükəsizliyi strategiyası ilə yanaşı, “Cənub Qaz Dəhlizi” enerji resurslarının şaxələndirilməsi və tədarükü üzrə əsas layihə olaraq qalır. Məhz ona görə layihədə irəliləyişə yardım edəcək “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının ilk iclasının yüksək siyasi səviyyədə keçirilməsi çox mühüm hadisə olacaq”.
Fevralın 12-də Bakıda "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının ilk iclası keçiriləcək. Artıq iclasda İtaliyanın iqtisadi inkişaf naziri Klaudio de Vinçentinin, Yunanıstan, Gürcüstan və Bolqarıstanın energetika nazirləri Panayotis Lafazanis, Kaxa Kaladze və Temenujka Petkovanın, eləcə də Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçoviçin iştirakı təsdiqlənib.
Tədbirə "Cənub Qaz Dəhlizi"nin bütün tranzit ölkələri (Gürcüstan, Türkiyə, Yunanıstan, İtaliya, Albaniya və Bolqarıstan) dəvət olunub.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
“Aksam.com.tr”: “Azərbaycan 2019-cu ildə TANAP ilə təbii qaz nəqlini iki dəfə artırmağı planlaşdırır”
23.01.2019
AzerTelecom Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir
23.01.2019
Azərbaycan Prezidenti İlham Əliyevlə İsveçrə Prezidenti Ueli Maurerin görüşü olub
23.01.2019
BMT Azərbaycanda əlilliyi olan insanların məşğulluğuna dair yeni layihə reallaşdıracaq
23.01.2019
Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvüdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info