5 min erməni Rusiyada işləmək üçün bu yola əl atdı
Tarix: 11.02.2015 | Saat: 17:08:00 | E-mail | Çapa göndər


Gürcüstanın Axalkələk (Cavaxeti) rayonunun 5 min erməni əsilli sakini gizli şəkildə Ermənistan vətəndaşlığı alıb.
«Epress» saytının verdiyi məlumata görə, onların Ermənistan vətəndaşlığı almaları keçirilmiş son seçkilərdə üzə çıxıb. Ermənilər bu addımı sərbəst şəkildə Rusiyaya getmək və işləmək üçün atdıqlarını bildiriblər.
Gürcüstanın «Rustavi 2» telekanalının isə məsələ ilə bağlı hazırladığı reportajda bildirilir ki, Ermənistan pasportlarının alınmasından sonra ermənilər Gürcüstanın vətəndaşlığını itiriblər. Çünki Gürcüstan Konstitusiyasına əsasən, ölkə vətəndaşı başqa ölkə vətəndaşlığı aldıqdan sonra Gürcüstan vətəndaşlığını avtomatik itirir. İkili vətəndaşlıq alınması üçün Gürcüstan prezidentinə müraciət etmək lazımdır.
«Exo Qafqaz» radiosu isə yerli KİV-ə istinadən məlumat verib ki, qeyd olunan problemin həll olunması və Axalkələk ermənilərinin ikili vətəndaşlıq almaları üçün Gürcüstan parlamentinin keçmiş deputatı Məlik Raisyanın başçılığı altında ermənilər imzatoplama kampaniyasına başlayıblar. Onlar Gürcüstan vətəndaşı olmadan onlara Gürcüstanda yaşama icazəsi verilməsinə çalışırlar.
Ermənistan müxalifətinə yaxın KİV isə yazıb ki, 2012-ci ilin may ayında keçirilən seçkilərdə üzərinə «Cavaxetidən Respublika Partiyasının müdafiəçiləri» yazılmış avtobuslarla gələn, Gürcüstan vətəndaşı olan Ermənistan pasportuna malik ermənilər seçkilərdə iştirak edərək səs veriblər. Həmin maşın karvanını Axalkələk şəhərinin polis rəisinin oğlu Gevorq müşayiət edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
İnternetdə 2,6 milyon nəfərin izlənməsi haqqında məlumat bazası aşkarlanıb
17.02.2019
Bahalıqla əlaqədar Tehranda 180 restoran fəaliyyətini dayandırıb
17.02.2019
Türkiyə və Rusiya prezidentləri yenidən görüşəcək
17.02.2019
İğdırda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçiriləcək
17.02.2019
İranın Kosmik Araşdırmalar İnstitutunda baş verən yanğın nəticəsində üç nəfər həlak olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info