Gənclər Bakı-2015 Avropa Oyunlarını müzakirə edəcək
Tarix: 11.02.2015 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyi (DVC) tərəfindən Prezident yanında Gənclər Fondunun dəstəyi ilə “Respublika Gənclər Debat Forumu-2015” layihəsinə start verilir.
Forumun məqsədi Bakı-2015 Avropa Oyunları ərəfəsində bu mövzuda gənclər arasında təbliğatın aparılması, gənclərin Bakı-2015 Avropa Oyunları və onun faydaları haqqında biliklərinin artırılmasıdır.
Forum Bakı şəhəri ilə yanaşı Şəki, Gəncə və Lənkəranda 200 gənci əhatə edəcək. Forum çərçivəsində qeyd olunan regionlarda gənclərə Bakı-2015 Avropa Oyunları mövzusunda debat metodologiyası əsasında silsilə təlimlər keçiriləcək. Azərbaycanın 4 şəhərində təlimlərdə yüksək nəticə göstərən və fəallığı ilə seçilən gənclər komanda şəklində Lənkəran şəhərində təşkil olunacaq “Respublika Gənclər Debat Forumu-2015” yekun forumunda iştirak hüququ qazanacaqlar. Yekun Forum zamanı qeyd olunan regionları təmsil edən komandalar arasında Bakı-2015 Avropa Oyunlarının faydaları haqqında fikir mübadiləsi aparılacaq və təkliflər dinləniləcək. Lənkəran şəhərində keçirilən yekun forum bağlanış və mükafatlandırma mərasimi ilə başa çatacaq. Layihədə fərqlənən gənc natiqlər və yüksək nəticə göstərən komandalar mükafatlandırılacaq.
Məlumat üçün qeyd edək ki, “Respublika Gənclər Debat Forumu” DVC-nin Milli Debat Proqramı çərçivəsində həyata keçirilir və 1998-ci ildən bu günədək 40000 gəncin iştirakı ilə Respublika əhəmiyyətli mövzuları üzrə Debat Forumları təşkil olunub.


Fuad




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Taksidə siqaret çəkməyin!
19.04.2019
“NAR” işçi axtarır
19.04.2019
İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir
19.04.2019
“AccessBank“da vakansiya
18.04.2019
“İşsizin DOSTu” layihəsi 33 mindən çox vətəndaşla əmək müqaviləsi bağlayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info