ABŞ Cənubi Qafqazın iqtisadi inkişafına dəstəyi davam etdirəcək
Tarix: 11.02.2015 | Saat: 17:31:00 | E-mail | Çapa göndər


ABŞ Dövlət Departamenti Mərkəzi Asiya və Qafqaz ölkələrinin Xəzər dənizi vasitəsilə Türkiyədən Avropaya ticarət marşrutlarının şaxələndirilməsi üzrə fəaliyyətini dəstəkləyir.
ABŞ Dövlət Departamentinin verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi köməkçisinin birinci müavini Riçard Houqland Azərbaycanın ABŞ-dakı səfirliyində “Ticarət və iqtisadi əməkdaşlıq üzrə Şərq-Qərb nəqliyyat dəhlizi” mövzusunda keçirilən “dəyirmi masa”da deyib.
Onun sözlərinə görə, region ölkələri sərhədlərdəki nəqliyyat xərclərinin və yubanmaların sayının azaldılması naminə əməkdaşlıq etməlidirlər: "Biz Qazaxıstanda və Türkmənistanda liman tikililərinin inşası və genişləndirilməsini görürük, eyni hal Xəzər dənizinin digər tərəfində - Azərbaycanda da baş verir. Qazaxıstanla Türkmənistanı birləşdirən yeni dəmiryol xətti Bakı-Tbilisi-Qars dəmir yolunun tikildiyi vaxtda yaradılıb".
Houqland Rusiyanın roluna toxunaraq onun əvvəlki kimi regionda əsas iqtisadi amil olacağını qeyd edib: "Eyni zamanda Mərkəzi Asiya ölkələri gələcək iqtisadi əməkdaşlığı necə inkişaf etdirməyi, ticarət əlaqələrini genişləndirməyi və qlobal bazarlara inteqrasiyanı necə dərinləşdirməyi özləri üçün həll etməlidirlər".
Onun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqının genişləndirilməsi region ölkələrinin mövcud beynəlxalq öhdəliklərinin yerinə yetirilməsinin ziyanına getməməlidir: "ABŞ daha çox iqtisadi bağlılıq üçün səyləri dəstəkləməkdə davam edəcək. Mərkəzi Asiya üzrə bir yerə toplanma Xəzərlə, Qafqazla, Türkiyə, Avropa ilə bağlıdır və bu, təkcə ABŞ üçün deyil, həm də region ölkələrinin gələcəyi üçün vacibdir”.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
18.09.2020
Ceyhun Bayramov və Aİ Komissarı yeni sazişin tamamlanmasının vacibliyini müzakirə ediblər
18.09.2020
Ceyhun Bayramovun Ermənistanın qanunsuz fəaliyyəti barədə məktubu BMT sənədi kimi dərc olunub
17.09.2020
Milli Məclisin nümayəndə heyəti Rusiyaya rəsmi səfər edəcək
17.09.2020
Nazirlər Kabineti iki qərarını ləğv etdi
17.09.2020
XİN: Azərbaycan Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Aparıcı dovşanlarına malikanə tikdirib-VIDEO
2 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
3 Azərbaycan-Özbəkistan arasında xalq simli musiqi alətləri ifaçılarının ilk onlayn – müsabiqəsi
4 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
5 Baş Prokurorluq prokurorluq orqanlarına qəbul olmaq istəyən şəxslərə müraciət edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info