Qafqaz Universitetinin tələbələri Türkiyədə CFA Challenge Müsabiqəsinin finalçıları oldular
Tarix: 11.02.2015 | Saat: 17:43:00 | E-mail | Çapa göndər


Qafqaz Universitetinin Sahibkarlığın İnkişafı və Tədqiqatları mərkəzinin tələbə üzvləri Türkiyədə CFA Challenge Müsabiqəsində iştirak etdilər və müsabiqənin finalçıları oldular. CFA İnstitutu Tədqiqat Yarışması, universitet tələbələrinə maliyyə analizindən intensiv təlim verən illik qlobal müsabiqədir. Hər il dünyanın hər tərəfindən olan universitetlərdən biznes, maliyyə və iqtisadiyyat ixtisaslı tələbələr bu müsabiqəyə qatılırlar.
Türkiyədəki müsabiqəyə Türkiyənin bir çox universitetinin, o cümlədən ODTU, Boğaziçi, Bilkent, Sabancı, İstanbul Universiteti, İstanbul Texniki Universiteti, İzmir İqtisadi Universitet və Özyegin Universitetinin komandaları iştirak edirdi. Qafqaz Universiteinin Sahibkarlığın İnkişafı və Tədqiqatları mərkəzinin tələbə üzvləri Azərbaycanı təmsil edən yeganə komanda idi. İlk mərhələdə bütün komandalar Türkcell üzərində apardıqları maliyyə analizlərini təqdim etdilər. Nəticələrin analizinə əsasən final mərhələdə yarışmaq üçün beş komanda seçildi. Onlar aşağıdakı universitetin komandaları idi: İstanbul Universiteti, İstanbul Texniki Universiteti, Qafqaz Universiteti, Sabancı Universiteti, Özyegin Universiteti.
CFA Challenge Müsabiqəsinin final mərhələsi Fevralın 19-u İstanbulda keçiriləcək. Çempion olacaq komanda apreldə Hollandiyanın paytaxtı Amsterdamda keçiriləcək Avropa Regional Müsabiqəsində yarışacaq.
Qeyd edək ki, Sahibkarlığın İnkişafı və Tədqiqatları Mərkəzinin tələbə üzvləri 2013-cü ildə Enactus (Sahibkarlıq) Müsabiqəsində çempion olmuş və Mexikoda keçirilən dünya çempionatında Azərbaycanı təmsil ediblər. 2014-cü ildə Azərbaycan və Gürcüstan universitetləri arasında keçirilmiş Biznes Keys Müsabiqəsində 2-ci və 3-cü yerləri tutublar.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Xüsusi təyinatlılar üçün yeni snayper istehsalına başlanılıb
25.09.2018
Zeynab Kazımova yeni vəzifəyə təyinat alıb
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info