C.Bayramov: “Tam orta təhsil səviyyəsində göstəricilər daha yüksəkdir”
Tarix: 11.02.2015 | Saat: 19:28:00 | E-mail | Çapa göndər


“Heç kim üçün sirr deyil ki, heç bir təhsil sisteminin səviyyəsi onun orta məktəb müəlliminin səviyyəsindən yüksək ola bilməz. Artıq Azərbaycan Dövlət Pedaqoji Universitetinə 360 balla müəllimlik ixtisasına üz tutan insanların sayı artıb. Bu, bizi sevindirir və müsbət dinamikadır”. Bunu təhsil nazirinin müavini Ceyhun Bayramov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi “Abituriyent” jurnalının 12-ci sayının təqdimatında çıxışı zamanı deyib. Onun sözlərinə görə, 2013-cü ilin oktyabrında imzalanmış Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına uyğun görülən işlər artıq öz nəticəsini verir: “Müəllimlik ixtisasları üzrə 500 baldan yuxarı bal toplayan Azərbaycan məktəbinin 699 nəfər məzunu müəllimlik ixtisasını seçib. Onlar bu ixtisası ərizələrində məhz I və II yazıblar. Həmin 699 nəfərin 546 nəfəri müəllimlik peşəsini I qeyd edib. Hesab edirəm ki, 4 ildən sonra - bakalavr səviyyəsini bitirdikdə, böyük ehtimalla magistraturaya üz tutacaqlar. Bu, bir həqiqətdir ki, onlar böyük bır ordudur. Mövcud tendensiya strategiyaya uyğun olaraq daha da irəliləyəcək. Əlimizdən gələni etməliyik ki, bu sahədə mövcud problemlər aradan qaldırılsın”.
C.Bayramov buraxılış imtahanlarının nəticələrinin bir o qədər də pis olmadığını qeyd edib. Burada müsbət dinamikanın olduğunu deyən nazir müavininin sözlərinə görə, TQDK tərəfindən ümumi orta və tam orta təhsil səviyyəsində aparılan buraxılış imtahanlarının 2012-2014-cü illər üzrə dinamikası ondan ibarətdir ki, ilbəil artım var: “Tam orta təhsil səviyyəsində göstəricilər daha yüksəkdir. Çünki burada xüsusi hazırlıq, valideynlərin bu işə böyük diqqəti və əlavə maliyyə vəsaitlərinin xərclənməsi və s. amillər var. Buraxılış imtahanlarının nəticələri təhlil olunduqda, görünür ki, son 3 ildə 9-cu sinif səviyyəsində Azərbaycan məktəblərinin göstəriciləri 12% artıb, tam orta təhsil səviyyəsində isə bu artım 5,2%-dir. 11-ci sinif səviyyəsində bu artım var idi , amma 9-cu sinif səviyyəsi qədər deyildi. Orta təhsil səviyyəsində bu dinamika daha yüksəkdir. Biz əlimizdən gələni etməliyik ki, bu müsbət dinamika saxlanılsın”.
Nazir müavini əlavə edib ki, yalnız 2007-2013-cü illər ərzində orta məktəb məzunlarının sayı 25 225 nəfər azalıb. Qəbul planı isə 10 minə yaxın artdığını deyən Ceyhun Bayramov bildirib ki, qəbul planının artması dünyada olan bir tendensiyadır və ali təhsilin kütləviləşməsi, insanların ali təhsilə daha üz tutması ilə nəticələnir: “Ancaq biz onu da başa düşməliyik ki, qəbul planı artıqda bir yerə görə rəqabət qabiliyyəti aşağı düşür. Rəqabət qabiliyyəti aşağı düşən zaman isə bu, orta bala təsir etməyə bilməz”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info