Cüdoçularımız üçün ugurlu reytinq
Tarix: 11.02.2015 | Saat: 22:25:00 | E-mail | Çapa göndər


Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Siyahını Azərbaycan millisinin aparıcı idmançıları üçün uğurlu saymaq olar. Belə ki, Hacıağa Hacıəhmədovun yetirmələrindən 5-i ilk “onluq”da yerlərini qorumaqla yanaşı, mövqelərini də yaxşılaşdırıblar.
Təmsilçilərimizdən Orxan Səfərov (60 kq) ən yaxşı göstəriciyə malik olan dünya çempionu Elxan Məmmədova (100 kq) çatıb. Yeni siyahıda hər 2 cüdoçumuz öz çəki dərəcəsində 4-cü yerdədir. “Onluq”da mövqeyini yaxşılaşdıran digər idmançımız Elmar Qasımovla (100 kq) Rüstəm Orucovdu (73 kq). Onların hərəsi 1 pillə irəliləməklə, müvafiq olaraq, 5-ci və 9-cu yerlərə yüksəliblər. İlqar Müşkiyev (60 kq) isə ilk “onluğu” qapayır. Müşkiyev kimi, Məhəmmədəli Mehdiyev (81 kq), Uşanqi Kokauri (+100 kq) və Kifayət Qasımova (57 kq) da mövqelərini toxunulmaz saxlayıblar. Onlar yenə müvafiq olaraq, 52-ci, 38-ci və 25-cidi. Digər təmsilçilərimizə gəlincə, Tərlan Kərimov (66 kq) 37-ci, Şahin Qəhrəmanov (90 kq) 29-cu yerə qalxıb. Komanda yoldaşlarından fərqli, son yarışlara zədə səbəbindən qatılmayan Nicat Şixəlizadə (66 kq) 12-ci, Tural Səfquliyev (81 kq) 73-cü (hər ikisi -1) pilləyə enib. Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Futbol üzrə Türkiyə Kubokunun ilk finalçısı məlum olub
24.04.2019
EPL tarixinin ən erkən qolu vuruldu
24.04.2019
Suares Barcelona tarixinin 3-cü bombardiridir
24.04.2019
Bakı trası haqqında yürüş mühəndisinin fikirləri
24.04.2019
UEFA Avropa Liqasının finalı “Spartak” stadionunda keçirilə bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info