“Azərbaycanla iqtisadi əməkdaşlıq bundan sonra da inkişaf edəcək”
Tarix: 11.02.2015 | Saat: 22:59:00 | E-mail | Çapa göndər


İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Fransa Senatının üzvü, keçmiş nazir Jan-Mari Bokelin başçılıq etdiyi Fransanın Elzas regionunun nümayəndə heyəti ilə görüşüb. Görüşdə Şahin Mustafayev Azərbaycan və Fransa arasında siyasi və iqtisadi əlaqələrin uğurla davam etdiyini, ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində yüksək səviyyəli görüşlərin və qarşılıqlı səfərlərin önəmini qeyd edib. Bildirilib ki, iki ölkə arasında ticarət əlaqələri genişlənir, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir, fransız şirkətləri ölkəmizdə neft-kimya, qida sənayesi, kənd təsərrüfatı, maşınqayırma, turizm və s. sahələrdə uğurla fəaliyyət göstərirlər. Azərbaycan Fransanın bir sıra regionları ilə fəal əməkdaşlıq edir. Elzas regionundan olan nümayəndə heyətinin ölkəmizə səfəri Fransa regionları ilə əlaqələrin daha da genişləndirilməsinə öz töhfəsini verəcək.
Azərbaycan ilə Elzas regionu arasında əməkdaşlığın genişləndirilməsi imkanları barədə danışan Şahin Mustafayev sənaye sahəsində, eləcə də sənaye parklarında fransız şirkətlərinin iştirakı, kənd təsərrüfatı, şərabçılıq və s. sahələrdə əlaqələrin inkişafı üçün geniş potensial olduğunu qeyd edib. Nazir Şahin Mustafayev Azərbaycanın etibarlı tərəfdaş, regionun iqtisadi və mədəni mərkəzi olduğunu, ölkəmizdəki siyasi və makroiqtisadi sabitliyi vurğulayaraq investorlar üçün əlverişli şərait yaradıldığını vurğulayıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Şahin Mustafayev Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20%-nin işğal olunduğunu və münaqişənin regional əməkdaşlığın inkişafına ən ciddi təhdid olduğunu vurğulayıb. Fransanın Elzas regionunun nümayəndə heyətinin başçısı Jan-Mari Bokel ölkələrimiz arasında əlaqələrin inkişafını qeyd edib, iqtisadi əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə iştirak edən digər fransalı qonaqlar əlaqələrin inkişafı perspektivləri barədə fikirlərini bölüşüblər. Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı müzakirələr aparılıb.
İlkin




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
“Din və etiqad azadlığının qorunması üçün tədbirlər görülməlidir”
21.08.2019
“Xalqımıza qarşı xarici təbliğata və təsirlərə qarşı vahid cəbhədə birləşmək vacibdir”
21.08.2019
‘‘Orta Şәrqdәki problemlәrin hәll edilmәsi üçün yeni tәkliflәrә ehtiyac var’’
21.08.2019
İran Böyük Britaniyadan təzminat tələb edəcək
21.08.2019
“Türkiyə hökumətilə Şərqi Aralıq dənizindəki birgə mübarizəmiz böyük əhəmiyyət daşıyır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
3 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info