“Fransa Rusiya ilə müttəfiq olmalıdır”
Tarix: 11.02.2015 | Saat: 23:02:00 | E-mail | Çapa göndər


Jak Attali: “Fransa avropalıları
özündən düşmən obrazı uyduran NATO kimilərin zərərli təsirindən azad olmağın vacibliyinə inandırmalıdır”


“Fransanı özlərinə haqq qazandırmaq üçün xəyali düşmən obrazı yaratmaq istəyənlərin təsirindən qurtarmaq lazımdır”. Bu fikirləri bir zamanlar Fransa prezidenti Fransua Mitteranın müşaviri və Avropa Yenidənqurma və İnkişaf Bankının təsisçilərindən olmuş Jak Attali öz şəxsi bloqunda yazıb. Jak Attali iddia edir ki, Rusiya və Fransa müttəfiq olmalıdır.
Bu barədə “L`Express” nəşri məlumat yayıb. Sabiq müşavirə görə, hazırda Avropada cərəyan edən hadisələr deməyə əsas verir ki, Fransa daha vacib döyüşlərdə müttəfiqi olacaq qüvvələrlə absurd savaşa sürüklənir. “Rusiya bizim müttəfiqimiz olmalıdır” başlıqlı məqaləsində o, qeyd edir ki, Fransa avropalıları özündən düşmən obrazı uyduran NATO kimilərin zərərli təsirindən azad olmağın vacibliyinə inandırmalıdır: “Hazırda ən vacib məsələlərdən biri ondan ibarətdir ki, avropalı tərəfdaşlarımızı inandırmalıyıq ki, Rusiya ilə xəyali düşmən kimi yox, potensial müttəfiq kimi danışsınlar”. Jak Attali avropalıları guya Rusiyanın bu yaxınlarda Polşa və Baltikyanı ölkələrə hücum edəcəyi barədə deyilənlərə inanmamağa çağırıb. O, ancaq özlərinə sərf edəndə Avropada sərhədlərinin toxunulmazlığı barədə danışanlara da o qədər inanmamağı tövsiyə edib və misal kimi keçmiş Yuqoslaviyanı, Kosovonu nümunə göstərib. Qeyd edək ki, fikirlərində Ukrayna məsələsinə də toxunan Jak Attali Ukrayna hökumətinin müdafiəçisi olmaq mövqeyindən əl çəkmək lazım olduğunu qeyd edib. Bu arada Ukraynada yaranmış vəziyyətlə əlaqədar Türkiyənin “Axşam” qəzetində dərc edilmiş bir məqalədə bildirilir ki, bir müddət öncə Rusiyaya qarşı sərt siyasət aparan Almaniya kansleri Angela Merkel də artıq Vaşinqtona meydan oxuyaraq, cəsarətlə Ukraynaya silah təchizatına qarşı çıxır. Amerika imperiyasının çökməyə başladığını iddia edən məqalə müəllifi sübut kimi Münhendə keçirilən konfransı qeyd edib: “ABŞ özü Ukrayna problemini düyünə salaraq, artıq ən yaxın tərəfdaşı olan avropalılarla yüksək tonda danışmaq iqtidarında deyil”. Qəzet xüsusi olaraq qeyd edir ki, Ukraynadakı mövcud vəziyyət ABŞ-ın apardığı siyasətin nəticəsidir. Məqalə müəllifi əminliklə bildirir ki, bu ölkənin silahla təchizatı ölkədəki günahsız qurbanların sayının artmasına səbəb olacaq. ABŞ-ın Türkiyədə keçmiş səfiri Francis Ricciardonenin «Siz imperiyanın çökməsini görəcəksiniz» sözlərini xatırladan məqalə müəllifi “Biz ABŞ imperiyasının süqutunu Ukrayna cəbhəsində görəcəyik” proqnozunu verib.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info