“Ölkədə hərbi vəziyyət elan etməyə hazırıq”
Tarix: 11.02.2015 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


“Minsk görüşü nəticə verməsə və ölkənin şərqində vəziyyət daha da gərginləşərsə, Ukrayna hakimiyyəti hərbi vəziyyət tətbiq
etməyə hazırdır”.

Bunu Ukrayna prezidenti Pyotr Poroşenko Nazirlər Kabinetinin iclasında çıxış edərkən deyib. “Məhz Minsk sammitinin nəticələrindən asılı olacaq ki, biz təcavüzkarı diplomatik yolla dayandıra biləcəyik, yoxsa tamam başqa rejimə keçəcəyik. Mən, hökumət və Ali Rada bütün Ukrayna ərazisində hərbi vəziyyət tətbiq olunması barədə qərar qəbul etməyə hazırıq. Əgər təcavüzkarın məsuliyyətsiz hərəkətləri münaqişənin daha ciddi eskalasiyasına səbəb olarsa, mən bu qərarı qəbul etməkdə qətiyyən gecikməyəcəyəm” - deyə o, söyləyib. Poroşenko Minsk görüşündə Ukrayna və Avropa İttifaqının (vahid mövqedən çıxış edəcəyini vurğulayıb: “Bu iclasa gecikməyim onunla bağlıdır ki, biz Minsk sammitinə son hazırlıqlarımızı və mövqelərimizi koordinasiya edirdik. Sizi əmin edirəm ki, Ukrayna və Aİ vahid mövqedən çıxış edəcək və tək səs olacaq. Bizim əsas israr etdiyimiz məsələ sözsüz ki, hər hansı ilkin şərt olmadan atəşin dayandırılmasıdır. Ukrayna bu heyvani və barbar aqressiya nəticəsində hər gün onlarla itki verir və zərər çəkənlərin çoxu dinc əhalidir”. Poroşenko bəyan edib ki, federalizm toxumu Ukrayna torpağında cücərə bilməz. O, cəbhədəki son durum haqqında da məlumat verib və Ukrayna qoşunlarının Debaltsevo ətrafında iki yaşayış məntəqəsini azad etdiyini söyləyib. Dövlət başçısı “M” sektorunda (Mariupol) “Azov” alayının təmas xəttini Minsk razılaşmalarında nəzərdə tutulan həddə çatdırdığını, lakin bunun aktiv hücum əməliyyatı olmadığını deyib.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info