Xocalı ilə bağlı petisiyaya start verildi
Tarix: 12.02.2015 | Saat: 15:01:00 | E-mail | Çapa göndər


“Xocalıya ədalət” beynəlxalq məlumat kampaniyası çərçivəsində bu faciəni törətmiş cinayətkarların hüquqi məsuliyyətə cəlb edilməsi üzrə petisiyaya start verilib.
Petisiyada Xocalıda baş verən kütləvi qırğının 53 ölkəni təmsil edən Parlament İttifaqı, 7 ölkə parlamenti və ABŞ-ın 16 ştatının qanunverici orqanı tərəfindən “insanlığa qarşı cinayət” və “soyqırımı aktı” kimi tanınması qeyd olunur. Xüsusilə, bu sənəddə son zamanlar 100 il öncə baş verən hadisələrə istinad edən erməni lobbisi və onların maliyyələşdirdiyi təbliğatçıların Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətindən gizlətməsi cəhdləri göstərilir.
Dünya liderlərinə, KİV-lərə, bütün vicdanlı insanlara ünvanlanan bu petisiyada Xocalı faciəsini törətmiş adamların cinayət məsuliyyətinə cəlb edilməsi və faciəni “insanlığa qarşı cinayət” və “soyqırımı aktı” kimi qiymətləndirilməsi çağırışı edilir.
Petisiyanı imzalamaq istəyənlər bu linkə daxil ola bilərlər. http://goo.gl/xbenPO
“Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə başlayıb və hazırda 50-dən artıq ölkədə həyata keçirilməkdədir. Kampaniya nəticəsində dünyanın bir sıra parlamentləri, həmçinin İƏT Xarici İşlər Nazirləri Şurası və İƏT Parlament İttifaqı tərəfindən Xocalı qətliamı soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info