Xarici QHT-lərin Azərbaycanda filial və ya nümayəndəlik yaratması qaydası dəyişib
Tarix: 12.02.2015 | Saat: 15:05:00 | E-mail | Çapa göndər


Nazirlər Kabineti “Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması Qaydaları”nda dəyişiklik edib.
Dəyişiklik xarici dövlətlərin qeyri-hökumət təşkilatlarına Azərbaycan Respublikasında nümayəndəlik və ya filial yaradılması ilə əlaqədar məhdudiyyət qoyulması ilə əlaqədardır.
Dəyişikliyə əsasən, xarici dövlətlərin qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycan Respublikasının ərazisində bir nümayəndəlik və ya filial yaradıla bilər. Xarici dövlətlərin qeyri-hökumət təşkilatları filial və ya nümayəndəliyin Azərbaycan Respublikasında dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması məqsədilə danışıqların başlanması üçün təşkilatın səlahiyyətli nümayəndəsi Ədliyyə Nazirliyinə yazılı müraciət edir.
Qeyd edək ki, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarına Azərbaycan Respublikasında nümayəndəlik və ya filial yaradılması ilə əlaqədar məhdudiyyət qoyulması “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2014-cü il 17 oktyabr tarixli qanunda nəzərdə tutulub. Azərbaycan Prezidenti qanunun tətbiqi barədə 2014-cü il 18 noyabrda sərəncam verib. Nazirlər Kabineti də buna müvafiq olaraq qərar verib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
“Bakcell” gənc developerlər üçün məzun gecəsi keçirib
18.03.2019
“Ntv.com.tr”: “Azərbaycanda İlham Əliyevdən Novruz əfvi”
18.03.2019
“Sağlamlıq-2018” Respublika Spartakiadasının qalibləri mükafatlandırılıb
18.03.2019
Novruz bayramı türkdilli xalqlarda etno-mədəni hadisədir
18.03.2019
Bakı şəhəri ilə Dərbənd və Maqas şəhərləri arasında Memorandum imzalanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info