Çexiyada “Business Day Azerbaijan” adlı tədbir
Tarix: 12.02.2015 | Saat: 15:21:00 | E-mail | Çapa göndər


Azərbaycanın Çex Respublikasındakı səfiri Fərid Şəfiyev bu ölkənin Zlin regionuna səfəri çərçivəsində fevralın 11-də bölgənin rəhbərliyi və Ticarət Palatası tərəfindən Zlin şəhərində təşkil olunmuş “Business Day Azerbaijan” adlı tədbirdə iştirak edib.
Tədbirin açılışında Zlin regionu qubernatorunun müavini Yaroslav Drozd sözügedən görüşün sahibkarlığa dəstək məqsədi daşıdığını bildirib və Azərbaycanın mühüm iqtisadi tərəfdaş kimi rolunu xüsusilə qeyd edib.
Səfir F.Şəfiyev çıxışında ölkəmizdə aparılan islahatlar, əldə olunmuş nailiyyətlər, o cümlədən Azərbaycan-Çexiya münasibətləri haqqında ətraflı məlumat verib. Bununla yanaşı, diplomat Azərbaycanın investisiya və biznes imkanlarından da bəhs edib.
Eyni zamanda, Çexiya sənaye və ticarət nazirinin müşaviri Milan Hovorka, həmin nazirliyin 1-ci xarici iqtisadi siyasət şöbəsinin direktoru Martin Pospişil, habelə Çex Respublikası Xarici İşlər Nazirliyinin Qərbi və Şimali Avropa ölkələri bölməsinin nümayəndəsi, bu ölkənin Azərbaycanda səfiri olmuş Radek Matula çıxışlarında dövlətlərimiz arasında ikitərəfli siyasi, iqtisadi və humanitar əlaqələrin müxtəlif cəhətlərinə diqqət yetirib və Azərbaycanın regionda vacib tərəfdaş olduğunu qeyd ediblər.
Tədbirdə Çexiya İxracatın Zəmanəti və Sığortası Cəmiyyətinin (EGAP) və Çexiya İxrac Bankının (ÇEB) nümayəndələri çıxış ediblər.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib
19.03.2019
“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın ilk tirajı oynanılıb
19.03.2019
Azərbaycandan 76 milyon dollar dəyərində meyvə-tərəvəz ixracı olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
4 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info