“İranla Azәrbaycan arasında әlaqәlәr strateji әhәmiyyәt daşıyır”
Tarix: 12.02.2015 | Saat: 15:26:00 | E-mail | Çapa göndər


“İran Dağlı Qarabağ münaqişәsinin sülh yolu ilә hәllinә dair prinsipial siyasәtә malikdir”.
Bunu İranın Azәrbaycandakı sәfiri Möhsün Pakayin İran İslam İnqilabının 36-cı ildönümü ilə əlaqədar Bakıda keçirilәn rəsmi qəbulda deyib. O bildirib ki, ölkәsi tez bir zamanda münaqişәnin hәllinә ümid edir.
Sәfirin fikrincə, islam inqilabı müasir dünyanın ən iri inqilabı olub və İran xalqının uzun müddət apardığı mübarizənin nəticəsidir: “İran dinc mәqsәdlәrlә nüvә proqramını inkişaf etdirib, fәzaya insan vә peyk buraxıb, hәrbi potensialını güclәndirib. Bütün bunlar İrana qarşı qanunsuz sanksiyalardan sonra baş verib”.
Diplomat qeyd edib ki, İranla Azәrbaycan arasında әlaqәlәr strateji әhәmiyyәt daşıyır. Onun sözlәrinә görә, Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərlərindәn sonra bu münasibәtlәr daha da inkişaf edib.
Daha sonra çıxış edәn Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İran xalqını Azərbaycan hökuməti adından təbrik edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır
18.01.2019
“İaşə müxalifəti”nin yalanlar üzərində qurulan təbliğatı...
18.01.2019
İqtisadiyyat Nazirliyində 20 Yanvar qurbanlarının xatirəsi yad edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info