“Financial Times” Əli Həsənovun müsahibəsini dərc edib
Tarix: 12.02.2015 | Saat: 15:26:00 | E-mail | Çapa göndər


“Qərb bir münaqişədə işğalı “separatçı rejim” adlandırır digərində isə bunu etmir”

Britaniyanın nüfuzlu qəzeti “Financial Times” Ukrayna münaqişəsi və ölkəmizin mövqeyi haqqında Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun müsahibəsini dərc edib.
ABŞ-ın Rusiyaya qarşı Ukraynanı silahlandırması barəsində Azərbaycanın mövqeyini bildirən Ə.Həsənov qeyd edib: “Azərbaycan münaqişələrin hərb yolu ilə həllinin tərəfdarı deyil. Müasir dövrdə hərbi yoldan daha üstün vasitələr var. Silahlanmaq milli təhlükəsizlik və daxili sabitliyin pozulması kimi pis nəticələrə yol aça bilər”.
Azərbaycan xarici siyasətində nə Qərbin, nə də Rusiyanın təsirindədir və dünyadakı bütün ölkələrin ərazi bütövlüyünün dəstəkçisidir.
Ə.Həsənov Azərbaycan hökumətinin Qərb tərəfindən ölkəmizin Dağlıq Qarabağ və 7 ətraf rayonunun ermənilər tərəfindən işğalına qarşı ciddi yanaşılmamasından məyus olduğunu ifadə edib. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri vurğulayıb: “Biz Qərbin qərəzli və ikili standartlara uyğun mövqe nümayiş etdirməsinin əleyhinəyik. Bir münaqişədə işğalı “separatçı rejim” adlandırır digərində isə bunu etmir.”
Əli Həsənov müsahibəsində, Ermənistan ilə Azərbaycan arasında baş verən atəşkəs rejiminin pozulması hallarını qınayıb. Qeyd edilib ki, ABŞ və müttəfiqləri Ermənistanı beynəlxalq qurumlara üzvlükdən çıxarılması üçün tədbirlər görməlidir.
Hökumət rəsmisi dünya mətbuatında əksini tapan ABŞ ilə Azərbaycan arasındakı gərginlik məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, gərginlik ABŞ hökuməti ilə deyil, bu ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə yaranıb. Azərbaycan ilə ABŞ xüsusilə terrorizmə qarşı mübarizə və enerji sahələrində yaxından əməkdaşlıq edir. Təəssüflər olsun ki, Azərbaycanın imicinə xələl gətirmək və ABŞ ilə Azərbaycanın münasibətlərini korlamaq istəyən qüvvələr var. Lakin bütün bunlara baxmayaraq Azərbaycan Qərb ölkələri ilə strateji tərəfdaşlıqda maraqlıdır.
Ə.Həsənov vurğulayıb ki, Azərbaycan ilə Qərbin müştərək problemləri də var. Təxminən 3 yüzə yaxın azərbaycanlı Suriyada İslamçı ekstremistlər ilə birgə mübarizə aparmaq üçün Azərbaycanı tərk ediblər və həmin şəxslər ölkəyə qayıdanda təhlükəsizlik təhdidi yaradırlar. Bəzi qüvvələr Azərbaycanı radikal, fundamentalist ölkə kimi görmək istəyir. Bəzi qüvvələr də Azərbaycanın dünyəvi dövlət strukturunu görməməzlikdən gəlir.
Şöbə müdiri son vaxtlarda dünyada baş verən maliyyə problemləri və bunun ölkəmizə təsirləri bərədə də məlumat verib. Qeyd edilib ki, Azərbaycan hökuməti, neftin qiymətinin kəskin azalmasının ölkə iqtisadiyyatına mənfi təsirlərinin qarşısını almağa qadirdir. Belə ki, bank depozitləri, əmlak satışı və avtomobil kimi lüks maddələrin idxalına yeni vergilərin tətbiqi büdcəyə olan mənfi təsirləri aradan qaldıracaqdır. Özəl və qeyri-neft sektoruna isə yeni vergilər tətbiq edilməyəcək. Bu sahələrin inkişafı ölkə iqtisadiyyatının gələcəyi üçün vacibdir. Manatın devalvasiyasına da aydınlıq gətirən Ə.Həsənov dollar qarşısında dəyər itirən avroya uyğunlaşdırılaraq valyutamızın dəyərdə saxlanılmasının planlaşdırıldığını bildirib.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info