Elmin İnkişafı Fondunun 6-cı “Mobillik qrantı”nın nəticələri elan olundu
Tarix: 12.02.2015 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübə keçmədə iştirakı əhatə edən və 2014-cü ildə elan edilmiş 6-cı “Mobillik qrantı” müsabiqəsinin nəticələri elan olunub.
Fondun mətbuat xidmətindən verilən məlumata görə, müsabiqə müddətində Elmin İnkişafı Fondu qrant iddiaçılarına kömək məqsədilə 4 məsləhət seminarı təşkil edib. Müsabiqəyə daxil olmuş 16 layihənin ekspertizası nəticəsində 3 layihə texniki ekspertiza mərhələsindən keçməyib, 13 layihə isə elmi ekspertiza mərhələsinə buraxılıb. Nəticələr Fondun Himayədarlar Şurası tərəfindən təsdiq edildikdən sonra 6-cı “Mobillik qrantı” müsabiqəsi üzrə ümumi maliyyələşdirilmə həcmi 43300 manat olan 7 qalib layihə müəyyənləşdirilib.
6-cı “Mobillik qrantı” müsabiqəsində qalib olan layihələrdən 6-sı xaricdə qısamüddətli elmi təcrübəkeçmə ilə (QMTK), 1-i isə xaricdə elmi tədbirdə iştirakla (XETİ) bağlı layihələrdir. Qaliblərdən 4-ü qadındır. 6-cı “Mobillik qrantı”nın qalibləri Almaniyada (2), Rusiya Federasiyasında (2), Türkiyədə (1), Böyük Britaniyada (1) və Hindistanda (1) elmi tədbirlərdə və qısamüddətli təcrübə keçmədə iştirak edəcəklər. “Mobillik qrantı” üzrə müsabiqələrin keçirilməsində məqsəd Azərbaycanda elmin inkişafını dəstəkləmək, alimlərin xaricdə təcrübə keçməsini və tədbirlərdə iştirakını stimullaşdırmaq, beynəlxalq elmi əlaqələr qurulmasına şərait yaratmaq və ölkənin elmi kadr potensialını daha da gücləndirməkdir. Qeyd edək ki, “Mobillik qrantı” müsabiqələri daimi əsaslarla keçirilir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.07.2019
YAP Pirallahı rayon təşkilatı hesabat verdi
18.07.2019
DMX tərəfindən I yarımildə görülən işlərlə bağlı mətbuat konfransı keçirilib
18.07.2019
“From Kurils with love”: “Kaspersky Lab” ekoloq və sənədli film çəkənlərin Kuril adalarına ekspedisiyasını dəstəkləyir
18.07.2019
“Xonça”nın brend-şefləri Dünya İslam Kulinariya Konqresində Jüri qismində iştirak ediblər
18.07.2019
Ermənistan Azərbaycanın sərhəd döyüş məntəqəsini atəşə tutub, bir əsgər yaralanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10831

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
4 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info