“Halliburton” şirkətinin mütəxəssisləri BANM-da seminar keçiblər
Tarix: 12.02.2015 | Saat: 15:59:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) “Halliburton” şirkətinin mütəxəssisləri ARDNŞ-ın tərkibində olan bir sıra qurum nümayəndələri üçün quyuların tamamlanması ilə bağlı seminar keçirilib. Ali məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, seminarın ilk günündə rektor Elmar Qasımov iştirakçıları və məruzəçiləri BANM-nin kollektivi adından salamlayaraq, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranma tarixi və nailiyyətləri haqqında məlumat verib. O, BANM-in “Halliburton” şirkəti və Azərbaycanda fəaliyyət göstərən digər transmilli şirkətlərlə əməkdaşlıq əlaqələrinin mütəxəssis hazırlığına dəyərli töhfələr verəcəyini vurğulayıb, 2014-cü ildə ali məktəblə "Halliburton" şirkəti arasında "Əməkdaşlıq haqqında Razılaşma" imzalandığını xatırladıb. Seminarda “SOCAR-AQŞ” MMC-nin, “Azneft” İstehsalat Birliyinin, Kompleks Qazma İşləri Trestinin, "SOCAR ÜMİD" MMC-nin və ARDNŞ-ın digər struktur qurumlarının mühəndisləri iştirak ediblər. Seminarın əsas məqsədi “Halliburton” şirkətinin mütəxəssisləri və ARDNŞ-ın quyuların qazma və tamamlama işlərini həyata keçirən mühəndisləri arasında sıx işbirliyi qurmaq və onlara “Halliburton” şirkəti tərəfindən quyuların tamamlanmasında ən müasir və yüksək keyfiyyətli xidmət və avadanlıqlar təklif etməkdir. İki gün ərzində “Halliburton” şirkətinin mütəxəssisləri tərəfindən seminar iştirakçılarına “Təhlükəsizlik məsələləri barədə məlumat”, “”Halliburton” şirkətinin quyuların tamamlanması vasitələrinin işinin təşkili və ümumi imkanları”, “Sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsinin neft sənayesində vacibliyi”, “Qlobal mühitdə istifadə olunan müxtəlif tamamlama layihələri”, “Tamamlamada axının idarə olunması”, “Halliburton şirkətinin məhsul xidmətləri şəbəkəsi və Xəzər regionunda imkanları”, “Qumla mübarizə metodları və süzgəclər” və digər mövzularda təqdimatlar keçirilib.
BANM-də iki gün ərzində keçirilən seminar yekun qeydlərlə və sual-cavab sessiyası ilə yekunlaşıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info