Azərbaycanın Xarkovdakı fəxri konsulluğu Əməkdaşlıq Haqqında Memorandum imzalayıb
Tarix: 12.02.2015 | Saat: 16:20:00 | E-mail | Çapa göndər


Ukraynanın Xarkov şəhərində Azərbaycanın fəxri konsulu Əfqan Salmanov fevralın 11-də Yaroslav Mudrı adına Milli Hüquq Universitetinin rektoru Vasili Tatsi ilə görüşüb.
Görüşdə fəxri konsulluq, Milli Hüquq Universiteti və bu nüfuzlu ali məktəbin məzunlarının Ümumukrayna Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Əfqan Salmanov müsahibəsində bildirib ki, bu sənədin imzalanması mühüm hadisədir. Memorandum universitet ilə Azərbaycanın fəxri konsulluğu arasında uzunmüddətli və səmərəli qarşılıqlı fəaliyyətin əsasını təşkil edəcək.
Fəxri konsul deyib: “Bu gün biz Əməkdaşlıq Haqqında Memorandum imzaladıq. Bu əməkdaşlıq çərçivəsində informasiya mübadiləsi prosesini nizamlamağı, habelə universitetin Azərbaycanda yaşayan məzunlarını birləşdirməyi planlaşdırırıq. Bundan əlavə, biz akademik mübadilənin inkişafına, müəllimlərin, alimlərin, aspirantların və tələbələrin qarşılıqlı staj keçməsinə və ixtisas səviyyəsinin artırılmasına hər vasitə ilə kömək edəcəyik”.
Əfqan Salmanov onu da vurğulayıb ki, Azərbaycan bütün istiqamətlər üzrə, o cümlədən, elm və təhsil sahələrində layihələr üzrə əməkdaşlığa həmişə hazırdır.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev bu məsələlərə xüsusi diqqət yetirir.
Fəxri konsul xatırladıb ki, bu gün Xarkovun ali məktəblərində üç mindən çox azərbaycanlı tələbə təhsil alır. Bizim altı ali məktəbimiz Ukraynanın akademiya, universitet və institutları ilə əməkdaşlıq edir. Fəxri konsul vurğulayıb: “Buna görə bizim əməkdaşlığımız üçün ortaq mövzular və istiqamətlər çoxdur, gələcəkdə biz həmin istiqamətləri daha da möhkəmlətməyi və inkişaf etdirməyi nəzərdə tuturuq”.
Rektor Vasili Tatsi də əmin olduğunu bildirib ki, bu Memorandumun imzalanması ali məktəbin həyatında mühüm hadisədir. Rektor vurğulayıb: “Yaxın gələcəkdə hökmən elə vəziyyət yaranacaq ki, bizim universitetin və Azərbaycan ali məktəblərinin tələbələri inteqrasiya edilmiş proqramlar üzrə təhsil alacaq və ola bilsin ki, onlara iki ali hüququ təhsil haqqında diplom – həm Azərbaycan Universitetinin, həm də bizim ali məktəbin diplomları veriləcək”.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info