IDEA İctimai Birliyi seminar təşkil edib
Tarix: 12.02.2015 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


2015-ci il 10-11 fevral tarixlərində IDEA İctimai Birliyinin Resurs Mərkəzində “Neft sənayesinin yaratdığı ekoloji problemlər və onların həlli yolları” mövzusunda seminar təşkil edilib.
İctimai Birlikdən verilən məlumata görə, nəzəri və praktiki hissələrdən ibarət olan seminarda ekologiya, neft-qaz mühəndisliyi və digər oxşar ixtisaslar üzrə təhsil alan və ya bu sahələrdə çalışan 40-a yaxın gənc iştirak edib.
Seminarın nəzəri hissəsində Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin mütəxəssisi neft sənayesinin yaratdığı ekoloji problemlər və onların aradan qaldırılması yolları, neft hasilatı sənayesində ekoloji standartlar, ölkəmizin bu sahədəki zəngin təcrübəsi və beynəlxalq normalar barədə mühazirə təqdim edib. Mühazirənin yekununda mövzu ətrafında müzakirələr və sual-cavab sessiyası keçirilib.
Praktiki hissə zamanı isə iştirakçılar ARDNŞ-nin (SOCAR) “Eko Parkını” ziyarət edib və Kompleks Tədqiqatlar Laboratoriyası ilə tanış olublar. Gənclər sözügedən laboratoriyada istifadə olunan avadanlıqlar, eləcə də onların təyinatı və iş prinsipi ilə yaxından tanış olub, dənizdən və qurudan götürülmüş nümunələrin analiz prosesini izləyib, mühazirə zamanı əldə etdikləri nəzəri bilikləri praktiki şəkildə sınaqdan keçirmək imkanı əldə ediblər.
IDEA müntəzəm olaraq elmi sessiyalar, praktiki tədris və ingilis dilində ekoloji mövzular üzrə debatlar təşkil edir. Kurslar və seminarlar barədə məlumat ictimaiyyətə IDEA-nın onlayn xidmətləri (internet səhifəsi, instaqram və feysbuk səhifələri) vasitəsilə çatdırlır.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info