55 şirkət elektron turist vizası sisteminə qoşulub
Tarix: 12.02.2015 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun, Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayevin, Xarici İşlər Nazirliyinin nümayəndəsi Elmar Qədimovun və Azərbaycan Turizm Assosiasiyası İdarə Heyətinin sədri Nahid Bağırovun iştirakı ilə elektron turist vizası sistemində akkreditasiyadan keçirilmiş 55 daxili turizmlə məşğul olan turizm şirkətlərinin nümayəndələri ilə görüş keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, 2013-cü ilin aprel ayından ölkəmizdə tətbiq olunan elektron turist vizası sisteminin müzakirəsinə həsr olunmuş görüşdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov turizm şirkətlərinin bu sistemə marağının getdikcə artdığını və artıq 55 şirkətin elektron turist vizası sisteminə qoşulduğunu vurğulayıb. Nazir müavini qeyd edib ki, bu viza sistemi tətbiq olunduqdan sonra Azərbaycana gəlmək üçün turistlər daha rahat şəkildə viza əldə edə bilirlər.
Həmçinin, elektron turist vizasının daha da təkmilləşdirilməsi, istifadə qaydaları, gələcəkdə daha çox turizm şirkətlərinin bu sistemə qoşulması ilə bağlı müzakirələr aparılıb. Sonda akkreditasiyadan keçmiş yeni turizm şirkətlərinə treninq kurslar keçirilib və suallar cavablandırılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info