“PAŞA Sığorta” müsabiqənin qalibi olub
Tarix: 12.02.2015 | Saat: 16:58:00 | E-mail | Çapa göndər


“Paşa Sığorta” “AMCHAM CSR 2014 Excellence Award” müsabiqəsinin qalibi olub.
Şirkətdən AzərTAc-a bildiriblər ki, “PAŞA Sığorta” şirkətinin 2014-cü ildə həyata keçirdiyi “Nümunəvi Sürücü” adlı layihə müsabiqənin “Təhsil” mükafat kateqoriyası üzrə “İctimaiyyətin maarifləndirilməsi” nominasiyasının qalibi adına layiq görülüb. Layihənin məqsədi Azərbaycanda yol hərəkəti iştirakçıları arasında yol mədəniyyətinin inkişafına təkan vermək, nəqliyyat vasitələri sahiblərini və piyadaları qanunlara riayət etməyə və bununla yol nəqliyyat hadisələrinin sayının azalmasına və əhalinin maarifləndirilməsinə xidmət etməkdir. “Nümunəvi sürücü” layihəsi çərçivəsində paytaxtın müxtəlif məkanlarında quraşdırılan gizli kameralar vasitəsilə piyada zolağını keçən piyadalara yol verən avtonəqliyyat vasitələri sahibləri qeydə alınıb və onların ünvanlarına təşəkkür məktubları göndərilib. Layihənin əhəmiyyəti yerli telekanalların birində işıqlandırılaraq geniş izləyici kütləsinə çatdırılıb, nümunəvi sürücülər barədə məlumatlar və fotoşəkillər müntəzəm olaraq layihənin rəsmi “Facebook” səhifəsində işıqlandırılıb.
Qeyd edək ki, Amerika Ticarət Palatasının Azərbaycan nümayəndəliyi ötən il sentyabrın 15-də «AMCHAM CSR 2014 Excellence Award» müsabiqəsini elan edib. Müsabiqənin əsas məqsədi 2013-2014-cü illər ərzində Azərbaycanda fəaliyyət göstərən şirkətlərin korporativ sosial məsuliyyət (KSM) proqramları çərçivəsində həyata keçirdikləri layihələrin ən yaxşılarının seçilməsi olub. 69 şirkət müxtəlif nominasiyalar üzrə müsabiqədə iştirak edib və 3 ay ərzində müxtəlif dövlət orqanlarının nümayəndələrindən ibarət münsiflər heyəti təqdim olunan layihələri diqqətlə təhlil edib. “Ətraf mühit”, “Təhsil”, “Korporativ filantropiya”, “Mədəniyyət”, “Dayanıqlılıq”, “Könüllü fəaliyyəti”, “İqtisadi dəstək” və “Bölgələrin inkişafı” kateqoriyalı nominasiyalar üzrə qaliblər elan edilib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info