Dövlət Sərhəd Xidmətinin rəisi Lənkəranda vətəndaşları qəbul edib
Tarix: 12.02.2015 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


Vətəndaşlarla regionlarda görüşlərin keçirilməsini, onların təklif, şikayət və rəylərinin öyrənilməsini, qanuni tələblərinin yerinə yetirilməsini dövlət qurumlarının əsas vəzifələrindən biri kimi müəyyənləşdirən Prezident İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev fevralın 12-də Lənkəran Sərhəd Dəstəsində Astara, Lənkəran, Lerik və Yardımlı rayonlarının sakinlərini qəbul edib.
Qəbul zamanı 40-a yaxın vətəndaşın Dövlət Sərhəd Xidmətində işə qəbulu, sərhədçilərin mənzil və məişət şəraitinin yaxşılaşdırılması, sərhədboyu rejimdə təsərrüfat işlərinin görülməsi zamanı ortaya çıxan problemlər, mənzil və torpaq sahələrinin sənədləşdirilməsi, pensiyaların hesablanması, müharibə veteranı vəsiqəsi ilə təmin olunmaq və digər məsələlərlə bağlı müraciəti dinlənilib.
Vətəndaşların müraciətləri, şikayət və təklifləri diqqətlə dinlənilərək araşdırılıb və əksər məsələlər yerindəcə həllini tapıb.
Digər müraciətlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün DSX-nin müvafiq bölmələrinə konkret tapşırıqlar verilib. Dövlət Sərhəd Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
Qəbula gələn vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını diqqətə çatdıraraq yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi
15.01.2019
Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info