Suraxanıda əhalinin tibbi müayinəsi davam edir
Tarix: 12.02.2015 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


Prezidentin tapşırığına uyğun olaraq Suraxanı rayonunda da sakinlərin tibbi müayinəsi uğurla keçirilir. Rayon İcra Hakimiyyəti başçısını sərəncamı ilə tibbi müayinənin yüksək səviyyədə, operativ təşkil edilməsi məqsədilə rayon İcra Hakimiyyətində komissiya yaradılıb, rayon ərazisində yerləşən müəssisə və idarələrin tibbi müayınədən keçmə qrafiki tərtib olunub. Rayon ərazisində fəliyyət göstərən 4 xəstəxanada, 4 poliklinikada və 1 ambulatoriyada əhalinin pulsuz tibbi müayinəsi keçirilir.
Müayinələr zamanı müəyyən xəstəliklərin aşkar olduğu tədqirdə profilaktik tədbirlərin həyata keçirilməsi isanların sağlamlığı üçün faydalı və əhəmiyyətlidir.
Suraxanı rayonun 212300 nəfər əhalisinin və rayonda məskunlaş 21858 nəfər məcburi köçkünün tibbi müayinədən keçməsi nəzərdə tutulmuşdur. Hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisələrində tibbi müayinədən keçir.
12 fevral 2015-ci il tarixədək Suraxanı rayonunda 18 minə yaxın vətəndaş və 33-dən çox kollektiv tibbi müayinədən keçib. 335 nəfər vətəndaşda müxtəlif xəstəliklər aşkarlanıb. 38 nəfər stasionar müalicəyə qəbul olunub. Bir sözlə, xəstəlik aşkar olunmuş vətəndaşlar stasionar və ambulator müayinələrə cəlb edilib.
12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Bəhlul Məmmədov bildirib ki, 2013-cü ildə xəstəxana tam təmir olunub və müasir avadanlıqlarla təchiz olunub: “Dövlət başçısının tapşırığını yerinə yetirmək üçün poliklinika tam hazır vəziyyətə gətirilib. Əhalinin müayinəsi tərtib edilmiş qrafikə əsasən aparılır. Sakinlər əvvəlcə terapevt tərəfindən müayinə olunurlar. Sonra isə ehtiyaca uyğun olaraq onları cərrah, oftalmoloq, ginekoloq, nevropatoloq, stomatoloq və sair ixtisaslı həkimlər müayiə edirlər. Müəssisəmiz 13572 nəfər böyük əhaliyəvə 3958 uşağa xidmət edir. Xəstəxanamıza gələn vətəndaşlar ümumi və biokimyəvi, rentgen, kardioqram, ulturasəs və digər müayinələrdən keçirlər. 12 fevral 2015-ci il tarixədək 1650 nəfər vətəndaş tibbi müayinədən keçib. Bunlardan 89 nəfəri rentgen, 79 nəfəri USM aparatından 121 nəfəri laboratoriya və 73 nəfəri EKQ müayinəsindən keçib. Müayinədən keçən vətəndaşların 42 nəfərərində xəstəlik aşkar olunub və 7 nəfəri stasionar müalicəyə götürülüb. Xəstəlik aşkar edilən şəxslərin müalicəsi istiqamətində də işlər görülür. Eyni zamanda, müəssisəmizdə işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Bu briqadalar məktəblərdə,uşaq bağçalarında və poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərirlər. Eyni zamanda, qrafik əsasında idarə və təşkilatların əməkdaşları da müayinə olunurlar. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək
18.03.2019
Övladlığagötürmə ilə bağlı yeni Qaydaların layihəsi hazırlanır
18.03.2019
Aprelin 1-dən yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq
16.03.2019
Məhkum edilmiş bir sıra şəxslər əfv olundu
15.03.2019
Beşdən çox uşağı olan qadınların hər uşağına görə müavinət gələn ayın əvvəlindən artacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info