Şimon Lankri: “Azərbaycanda tolerantlıq və multikulturalizmin inkişafı hərtərəfli dəstəklənir“
Tarix: 12.02.2015 | Saat: 18:08:00 | E-mail | Çapa göndər


Dünən “İsrailin səsi” dövlət radiostansiyasının ölkə sakinləri arasında çox populyar olan “Günün aktual hadisələri” adlı səhər verilişində İsrailin Akko şəhərinin meri Şimon Lankrinin Azərbaycana səfərinin yekunları geniş şərh edilib.
“İsrailin səsi” radiostansiyasının daimi şərhçisi, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut İsrailli məşhur radioaparıcı İqor Moldavskinin İsrailin Akko şəhərinin meri Şimon Lankrinin Azərbaycana səfəri barədə suallarına cavab verərək qeyd edib ki, strateji xarakter daşıyan Azərbaycan-İsrail münasibətləri hər iki ölkə və onların xalqları üçün çox əhəmiyyətlidir. Arye Qut deyib: “İsrail dünya bazarında Azərbaycan neftinin əsas alıcılarından biridir. İsrail dövləti Azərbaycanın mühüm strateji tərəfdaşı olub onu neft-qaz, telekommunikasiya və kənd təsərrüfatı sahələrində ən qabaqcıl texnologiyalarla təchiz edir. İsrailin Akko şəhərinin meri Şimon Lankri iki həftə bundan əvvəl Azərbaycanda səfərdə olub. Qeyd edək ki, Azərbaycan Respublikası ilə İsrail dövləti arasında diplomatik münasibətlərin tarixində ilk dəfədir ki, İsrail şəhərinin meri Odlar Yurduna səfər edib”.
Şimon Lankrini səfərdə müşayiət etmiş Arye Qutun sözlərinə görə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə təşkil olunmuş səfər çərçivəsində Akko şəhərinin meri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin rəhbəri professor Əli Həsənov, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov və Bakı şəhəri, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleymanov Mikayılovla görüşüb.
İsrailin Akko şəhərinin meri bir il bundan əvvəl həmin şəhərdə İsrail dövləti ilə Azərbaycan Respublikası arasında indiki strateji tərəfdaşlığın nizamlanmasında və möhkəmlənməsində həlledici rol oynamış Heydər Əliyevin adını daşıyan Azərbaycan Evi yaradılması təşəbbüsü ilə çıxış edib.
Ş.Lankri Heydər Əliyev adına Azərbaycan Evinin İsraildə əslən Azərbaycandan olan sakinlərin ən böyük icmasının yaşadığı qədim və multikultural Akko şəhərinin ayrılmaz və müasir rəmzinə çevrilməsi üçün əlindən gələni edəcəyini bildirib. Akko şəhərinin meri “Tikvateynu – bizim ümid yerimiz” adlı İrs Evinin və Heydər Əliyev adına Azərbaycan Evinin yeni, çoxfunksiyalı və abad binalarının tikintisi üçün bir milyon dollardan artıq vəsait ayırıb.
A.Qut qeyd edib ki, Akko şəhərinin meri Beynəlxalq Holokost Günü ilə əlaqədar Bakı Slavyan Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən ən yüksək səviyyədə təşkil olunmuş elmi konfransda iştirak edib. Konfrans iştirakçıları Avropa Yəhudilərinin Fəlakəti və Azərbaycanın Xocalı şəhərində soyqırımı aktı məsələlərini müzakirə ediblər.
İsrailin Akko şəhərinin meri səfər müddətində Azərbaycanın Quba rayonuna da gedib. İsrailli mer 1918-ci ildə bolşevik-erməni silahlı dəstələri tərəfindən Azərbaycan torpağında törədilmiş kütləvi qətllərin qurbanları olmuş on minlərlə azərbaycanlının xatirəsinə ehtiram əlaməti olaraq ucaldılmış Soyqırımı Memorial Kompleksini ziyarət edib.
“İsrailin səsi” radiostansiyasının daimi şərhçisi deyib: “Şimon Lankriyə Azərbaycanın tarixinə XX əsrin ən faciəli soyqırımı aktlarından biri kimi daxil olmuş, mindən çox kəndin yandırılması və dağıdılması ilə nəticələnmiş qanlı faciə barədə məlumat verilib. Bu kompleksdə gördüyü mənzərələr onu sarsıdıb. 1918-ci ilin aprel-may aylarında təkcə Quba qəzasında 167 kənd yerlə-yeksan edilib, Quba şəhəri qarətlərə və qəsdən törədilmiş yanğınlara, Quba qəzasının müsəlman əhalisi və qəzanın yəhudi sakinlərinin bir qismi kütləvi qətllərə məruz qalıb. Akko meri Azərbaycan tarixində bu qanlı faciəyə görə hiddətləndiyini bildirib və bu haqda məlumatları dünya birliyinə çatdırmağa çağırıb”.

Arye Qutun sözlərinə görə, mer Şimon Lankri Azərbaycanda yəhudilərin yığcam şəkildə yaşadığı Qırmızı Qəsəbədə də olub. Arye Qut deyib: “İsrail 20 minlik yəhudi icmasına səmimi münasibətdə Azərbaycan rəhbərliyinin rolunu yüksək qiymətləndirir. Ermənilərin törətdiyi qanlı təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilib, ölkədə orta hesabla hər yeddi sakindən biri qaçqındır. Tarixi fakt ondan ibarətdir ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb və biz - əslən Azərbaycandan olanlar bu fakta görə qürur duyuruq. Azərbaycan sivilizasiyalararası dialoqun nümunəsidir. Mən hər dəfə, yorulmadan deyirəm: Mənə ikinci bir ölkə göstərin ki, - istər müsəlman ölkəsi olsun, istər xristian ölkəsi, orada Prezidentin himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda yəhudilər üçün ən böyük təhsil mərkəzi tikilmiş olsun. Azərbaycanda gördüklərinə heyran olduğunu bildirən Şimon Lankri deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev dünyada yəhudilər üçün sinaqoq tikən yeganə dövlət başçısıdır. Azərbaycan unikal ölkədir, burada tolerantlıq və multikulturalizm ideyalarının inkişafı dövlət səviyyəsində real işlərlə hərtərəfli dəstəklənir. Ş.Lankri Bakı sinaqoqunda Dağ Yəhudiləri İcması qarşısında çıxışında deyib: Mənim fikrimcə, siz ikinci bu cür ölkə və bu cür Prezident tapa bilməzsiniz”.

Arye Qut aparıcının suallarına cavab verərək qeyd edib ki, Azərbaycan bir sıra dinlərin və xalqların nümayəndələri üçün vətən olub və vətən olaraq qalır. A.Qut sonda deyib: “Qədim Azərbaycan torpağında iudaizm və İslam, atəşpərəstlik və xristianlıq mövcud olub. Bu diyar bu gün də tolerantlığa və dini dözümlülüyə can atmasını göstərir. Qırmızı Qəsəbə dünyada yəhudilərin yığcam şəkildə yaşadığı yeganə və unikal məkandır. Qırmızı Qəsəbə həqiqi mənada Azərbaycanın fəxridir. Burada yəhudilər və azərbaycanlılar əsrlər boyu doğma qardaş kimi yaşayırlar. Burada onların taleyi də, tarixi də ortaqdır”.

İlkin




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info