Özbəkistan Prezidenti yeni hökumətin tərkibini təsdiqləyib
Tarix: 12.02.2015 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


Özbəkistan Prezidenti İslam Kərimov ölkənin yeni hökumətinin tərkibini təsdiq edib.
Özbəkistan parlamentinin aşağı və yuxarı palataları - Ali Məclis və Senata seçkilər keçirildikdən sonra hökumət istefa vermişdi. Yanvarın 23-də hər iki palatanın birgə iclasında dövlət başçısı İslam Kərimov keçmiş Baş nazir Şavqat Mirziyayevin namizədliyini yenidən irəli sürmüş və onun namizədliyi parlamentin hər iki palatası tərəfindən təsdiqlənmişdi.
Dövlət başçısı İslam Kərimovun fərmanı ilə Şavkat Mirziyayev Baş nazir, Rüstəm Əzimov Baş nazirin birinci müavin və maliyyə naziri, Batır Zakirov, Qulamjon İbrahimov, Uluqbek Rozikulov, Adxam İkramov və Elmira Basitxanova Baş nazirin müavinləri təsdiq edilib.
Prezidentin fərmanları ilə Qalina Saidova iqtisadiyyat, Elyer Qəniyev xarici iqtisadi əlaqələr, investisiya və ticarət, Aziz Abduxakimov əmək və əhalinin sosial müdafiəsi, Şuxrat Taşaev kənd və su təsərrüfatı, Xurşid Mirzaxidov informasiya texnologiyalarının inkişafı və kommunikasiyalar, Kabul Berdiev müdafiə, Adxam Axmedbaev daxili işlər, Muzraf İkramov ədliyyə, Abdulaziz Kamilov xarici işlər, Anvar Alimov səhiyyə, Alişer Vaxabov ali və orta təhsil, Uluqbek İnayatov xalq təhsili nazirləri vəzifələrini tutublar.
Hökumətin formalaşdırılması davam edir.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
İsrailin Baş naziri Moskvaya səfərini təxirə salıb
20.02.2019
İngiltərədə Mühafizəkarlar partiyasından olan üç deputat partiya sıralarını tərk edib
20.02.2019
Suriyanın yeni konstitusiyası hazırlanacaq
20.02.2019
Birlәşmiş Millәtlәr Tәşkilatı Suriya mәsәlәsi ilә bağlı xәbәrdarlıq edib
20.02.2019
Avstraliyadakı quraqlıq uşaqların psixi inkişafına mənfi təsir göstərir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10607

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info