“Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” təqdim edilib
Tarix: 12.02.2015 | Saat: 18:41:00 | E-mail | Çapa göndər


Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov Azərbaycanda uğurla davam etdirilən hərtərəfli inkişaf strategiyasına uyğun olaraq qeyri-neft sənayesinin inkişaf etdiyini, onun ixrac imkanlarının genişləndiyini və əhalinin sosial rifah halının daha da yaxşılaşdığını diqqətə çatdırıb.
Ötən ilin ölkəmizdə "Sənaye ili" elan edildiyini qeyd edən nazir müavini görülmüş işlər barədə də məlumat verib. Diqqətə çatdırılıb ki, 2014-cü ildə ölkədə 230-dan çox yeni sənaye müəssisəsi açılıb, mövcud sənaye müəssisələrinin istehsal gücləri genişləndirilib. Azərbaycanda sənaye parklarının və sənaye məhəllələrinin yaradıldığını qeyd edən Niyazi Səfərov sənaye müəssisələri yaradılarkən ən qabaqcıl texnologiyaların tətbiq edildiyini xüsusi vurğulayıb.
Təqdimatı keçirilən “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın əhəmiyyətini bir daha diqqətə çatdıran Niyazi Səfərov proqramın strukturu, əsas məqsədləri, vəzifələri, nəzərdə tutulan tədbirlərin istiqamətləri barədə geniş məlumat verib. Qeyd edilib ki, Dövlət Proqramı qarşıdakı illərdə sənayenin inkişaf istiqamətlərini müəyyənləşdirməklə, bu sahədə qarşıya qoyulmuş məqsədlərə nail olunmasına yönəlib. Proqramda sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, elmtutumlu və innovativ istehsalın genişləndirilməsi, yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması kimi mühüm məqsədlər irəli sürülüb. Eyni zamanda, sənayenin rəqabət qabiliyyətinin artırılmasına və potensialının gücləndirilməsinə, sənaye zonaları və klasterlərinin qurulmasına, kadr potensialının və elmi təminatın gücləndirilməsinə, sənaye müəssisələrinin fəaliyyətinin dəstəklənməsinə xüsusi yer verilib. Bütövlükdə Dövlət Proqramında 24 istiqamət müəyyənləşdirilib. Proqramının həyata keçirilməsi qeyri-neft sənayesinin modernləşməsi və diversifikasiyasına, sənaye məhsullarının ixracının artımına, sənaye istehsalında regionların payının yüksəlməsinə, yeni iş yerlərinin yaradılmasına, sənaye müəssisələrinin sənaye zonalarında cəmləşməsinə xidmət göstərəcək.
Tədbirdə, həmçinin Azərbaycan Sahibkarlar Konfederasiyasının, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun, eləcə də özəl şirkətlərin nümayəndələri sənayenin inkişafı və Dövlət Proqramının icrası ilə bağlı qarşıda duran vəzifələrə dair çıxış ediblər.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə
12.11.2018
Bakı rusiyalı turistlərin şopinqi üçün ən yaxşı şəhərdir
12.11.2018
Prezident Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info