Yaponiyada daha iki atom reaktorunun işə salınmasına icazə verilib
Tarix: 12.02.2015 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


Yaponiyada hökumət orqanlarının təhlükəsiz hesab etdiyi daha iki atom reaktorunun yenidən işə salınmasına icazə verilib. Bu barədə qərar Yaponiya Atom Enerjisinə Nəzarət üzrə Dövlət Komitəsinin (YAENDK) təsdiq etdiyi hesabatda əksini tapıb.
Söhbət “Takahama” atom elektrik stansiyasının (AES) üçüncü və dördüncü bloklarından gedir. Yaponiya hökumət komitəsinin mütəxəssisləri müvafiq yoxlamaları başa çatdırdıqdan sonra bildiriblər ki, həmin reaktorlar ölkədə təhlükəsizliklə bağlı yeni qəbul edilmiş tələblərə tam cavab verir. Həmin tələblər müxtəlif hadisələr - çox güclü zəlzələlər və böyük sunamilər də daxil olmaqla, baş verə biləcək təbii fəlakətlər zamanı reaktorların tam müdafiəsini nəzərdə tutur.
“Takahama” AES-in operatoru “Kansay Elelctrik Power Co.” (KEPKO) enerji şirkətidir. Həmin AES Fukui prefekturasının Takahama şəhərində yerləşir və ümumi gücü 3,39 qiqvatta bərabərdir.
Bu, 2011-ci ilin martında “Fukusima-1” AES-də baş verən qəzadan sonra YAENDK-in atom reaktorlarının işinin bərpası barədə qəbul etdiyi ikinci qərardır. Ötən ilin yayında “Senday” AES-in iki reaktorunun işinin bərpasına da icazə verilmişdi.
Lakin reaktorların işinin bərpası üçün təkcə rəsmi icazə kifayət deyil, operator şirkət bununla bərabər prefekturanın hakimiyyət orqanlarının və yerli əhalinin də razılığını almalıdır. Hələlik isə bunu etmək mümkün deyil.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
18.07.2019
Ağ Ev: Ankaranın S-400 sistemlərini almaq qərarı onun F-35 proqramında iştirakını mümkünsüz edir
17.07.2019
BMT Yəməndə döyüşən tərəfləri mülki vətəndaşları qorumağa çağırdı
17.07.2019
Türkiyə HHQ İraqın şimalında 7 terrorçunu zərərsizləşdirib
17.07.2019
Türkiyə Prezidenti “Twitter” səhifəsində Ərbildəki mənfur hücumu pisləyib
17.07.2019
İranda tayfalar bir-birini qırdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info