“Azərbaycan gənclər üçün xaricdə təhsil imkanı yaratmaqda lider ölkəyə çevrilir”
Tarix: 12.02.2015 | Saat: 19:07:00 | E-mail | Çapa göndər


Aytək Məmmədli: “Xaricdə təhsil aldıqda prioritet ixtisaslar seçmək lazımdır ki, vətənimiz, millətimiz üçün ən yaxşısını edə bilək”

Müsahibimiz Aytək Məmmədlidir.
(Əvvəli 11 fevral tarixində)
- Gənclərimizin cəmiyyətin inkişafındakı rolunu necə qiymətləndirərdiniz?
- Bu gün Azərbaycan gəncliyi ölkəmizin fəal sosial bazasını təşkil edir. Paytaxt və regionlarda “Gənclər mərkəzi”, “Gənclər Evi”nin yaradılması bu sosial bazanın inkişaf etdirilməsi istiqamətində atılmış mühüm addımlardan biridir. Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 29 noyabr tarixli sərəncamına əsasən, müvafiq dövlət orqanlarının, elmi təşkilatların və yüksək ixtisaslı mütəxəssislərin iştirakı, həmçinin ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq şəraitində “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası hazırlanıb. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas müddəaları da gənclərimizin cəmiyyətin həyatında aktivliyini özündə əks etdirir. Bu da öz növbəsində cəmiyyətimizin dinamik kütləsi olan gənclərə yeni inkişaf imkanları yaratmış olur. Gənclərimizin bu istiqamətdə təbliğat işləri uğurla davam etdirilir.
- Xaricdə təhsil almağınıza baxmayaraq tez-tez Vətəndə olursunuz. Yəqin təhsilinizin sonunda Azərbaycana qayıdacaqsınız...
- Bəli. Mən ölkəmizdə tez-tez oluram və təhsilimdən də təbii ki geri qalmıram. Səbəb isə Azərbaycanda keçirilən bir sıra vacib tədbirlərə dəvət almağımdır. Ümumiyyətlə, mən “küləklər şəhəri”nə aşiqəm, özümü burdan kənarda təsəvvür edə bilmirəm. Əslində təhsil aldığım ixtisasın hər ikisi Azərbaycanın inkişaf konsepsiyasında prioritet sahələrdir. Nanotexnologiya sahəsində ixtisaslı kadrlara böyük ehtiyac var. Bütün dünyanın xərçənglə mübarizə apardığı, beyin robotları hazırladığı, qida sənayesində tətbiq etdiyi nanotexnologiyanın Azərbaycanımızda da ayrı-ayrı sahələrdə tətbiqinə çalışmaq lazımdır. Bunun üçün doktorantura təhsilimi bitirən kimi Vətənimə dönməyi, ixtisasım üzrə çalışmağı, hətta etimad göstərilən universitetlərin birində kadr hazırlamağı düşünürəm. Bu gün Azərbaycan biz gənclərə ümummilli lider Heydər Əliyevin əmanətidir. Bu əmanəti sədaqətlə qorumaq bizim borcumuzdur.
- Aytək xanım, gənclərimizə, həmyaşıdlarınıza, ictimai işlərdə aktiv olmaq istəyənlərə hansı məsləhət və tövsiyələriniz ola bilər?
- Tövsiyələrim odur ki, indi elə bir dünyada yaşayırıq ki, artıq əksər ölkələr necə inkişaf etməyin yolunu axtarmaq əvəzinə başqa ölkələrdən yararlanaraq asan şəkildə irəliyə getmək, iqtisadiyyatlarını gücləndirməyi düşünürlər. Bunu ona görə vurğuladım ki, Azərbaycan nadir ölkələrdəndir ki, heç kimdən yararlanmır, öz gücünə inkişaf sistemi qurub, Ermənistan kimi ölkələrdən fərqli olaraq iqtisadi və siyasi asılılığa meyil etmir. Özünün inkişaf konsepsiyasını uğurla inkişaf etdirən Azərbaycan inamla irəliləyir. Belə bir ölkəyə isə təbii ki, bəzi böyük güclər daim qarışıqlıqlar, çətinliklər yaratmaqla təsir etməyə çalışırlar. Bu mənada ilk hədəf gənclər olur. Gənclərimiz mənfi təsirlərə uymamalı, dünyadakı prosesləri düzgün təhlil edib yanlış cərəyanlara, siyasi qurumlara, birliklərə qoşulmamalıdırlar ki, sonradan bunun acı nəticələrini görməsinlər. Bu gün Azərbaycanda gənclər sektoru üçün hər cür şərait yaradılır. Siyasi fəaliyyətlə məşğul olmaq istəyənə geniş meydan açılır, QHT fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün də dövlət qayğısı var. Əgər əvvəllər QHT-lər xaricdən maliyyələşirdilərsə, bu gün dövlət öz qapısını bu sahəyə də açıb ki, layihələrinizi təqdim edin maliyyələşdirək. Yəni, sözümün məğzi budur ki, aktiv gənclər üçün ölkəmizdə münbit şərait var. Buyurun bu meydan bu da siz. Müşahidələrim əsasında deyə bilərəm ki, əksər ölkələrdə gənclərə belə şəraitlər yaradılmır. Hətta bir növ dövlət gəncləri sərbəst buraxır ki, hər şeyi öz gücünə yarat, nail ol. Yaxud da bizdə gənclərlə, ailə ilə bağlı mental dəyərlər də nümunəvi model ola bilər. Dünyada az ölkədə belə hal ola bilər ki, valideyn sonacan övladına dəstək olub, onun təhsil çətinliklərini ümumilikdə ailə quranacan olan problemlərini öz öhdəsinə götürsün. Düzdür, bu, bir çox islam ölkələrində və Şərqdə var. Amma bizdə bu hal daha qabarıqdır. Avropada ABŞ-da bilirəm ki, belə dəyərlər yoxdur. Gənclərə sərbəstlik verilir. Onlar hər şeyə öz gücləri ilə nail olmalıdırlar. Bunun müsbət tərəfləri də var. Amma mənfi tərəfləri də az deyil. Bir sözlə, nəinki dövlətin yaratdığı şəraiti təqdir etməliyik, ümumilikdə cəmiyyətimizdə gəncliyə olan münasibət və dəyəri də yüksək qiymətləndirmək lazımdır.
- Gəncliyə verilən dəyərdən söz açdınız, bəs ümumilikdə ölkəmizin inkişafı barədə nə deyə bilərsiniz?
- Bəli. Təkcə gənclər sektoru, gəncliyə diqqət ayrılmır. Gəncliyimizlə bərabər hər sahə, hər bir vacib sektor inkişaf etdirilir. Bütün bunlar paralel təşkil olunur. Ümumiyyətlə, müstəqilliyə yeni nail olmuş bir ölkə üçün idarəetmə mexanizmi, inkişaf konsepsiyasının düzgün qurulması təqdirəlayiqdir. Bu gün ölkələr var ki, bizimlə bərabər müstəqillik qazansalar da, hələ də inkişaf xətti tuta bilməyiblər, iqtisadiyyatları qeyri-stabildir, böyük güclərdən get-gedə daha da asılı vəziyyətə düşürlər. Bundan başqa bizdə siyasi sabitlik də yüksək səviyyədədir. Bunu hər kəs gözəl görür və anlayır. Şərqdə Avropanın içində elə siyasi proseslər gedir ki, bütün bunların bizə sirayət etməməsi doğrudan da sevindirici haldır. Bu isə təkcə düzgün siyasi inkişaf xəttinin tutulması ilə bağlı deyil, həm də mükəmməl beynəlxalq siyasətin yürüdülməsi ilə əlaqədardır. Artıq 90-cı illərdə olduğu kimi heç kim bizimlə hədə təhdid dilində danışa bilmir. Qısası, inkişafımız göz önündədir və yaxın illərdə Azərbaycan daha da inamlı addımlarla irəli gedəcək. Yeganə yaralı yerimiz itirilmiş torpaqlardır ki, bununla bağlı da ölkə rəhbəri dəfələrlə ərazi bütövlüyümüzün bərpa olunacağını deyib. Heç bir güzəştdən söz gedə bilməz. Biz daha da gücləndikcə düşmənimizin cılızlaşdığı, zəiflədiyini görürük. Biz inkişafımızın pik nöqtəsində artıq bu problemimizi də həll edəcəyik. Bütün dünya bizim haqlı olduğumuzu görür.
-Sonda xaricdə təhsil almaq istəyən gənclərə sözünüz varmı?
- Gənclərimiz harada olmalarından asılı olmayaraq, azərbaycanlı olduqlarını unutmasınlar, yaxşı azərbaycanlı, yaxşı insan, yaxşı övlad və yaxşı vətəndaş olsunlar. Bu gün xaricdə təhsil aldıqda prioritet ixtisaslar seçsinlər ki, vətənimiz, millətimiz üçün ən yaxşısını edə bilsinlər. Dövlətimizin, dövlətçiliyimizin, Prezidentimizin ətrafında sıx birləşsinlər. Xaricdə yaşadıqları müddətdə əl-ələ verib, Vətənimiz üçün əllərindən gələn hər şeyi etsinlər, tarixi günlərimizi, milli adət-ənənəmizi unutmadan dünyaya inteqrasiya edib müasir dövrlə ayaqlaşsınlar. Dünyaya çıxmaq gənclər üçün geniş təcrübə deməkdir. Əvvəllər bu cür imkanlar çox az olurdu. Bölgələrdə isə adla çağırılırdı ki, bu adam bu il Türkiyəyə və ya Rusiyaya oxumağa getdi. Artıq nəinki mərkəzdə, bölgələrdə xaricdə təhsil alanların sayı o qədər artıb ki, sanki Azərbaycan gənclərə bu sahədə yaradılan şəraitə görə dünyada öndə gedən ölkəyə çevrilir.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info