Təhsil Problemləri İnstitutunda əlavə təhsilin təşkili müzakirə edilib
Tarix: 12.02.2015 | Saat: 19:13:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda “Əlavə təhsilin kurikulumunun yaradılması” ilə bağlı təşkil olunan işçi qrupu ilə görüş keçirilib. İnstitutun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov görüşdə iştirak edən işçi qrupun üzvlərini salamlayaraq mövzunun aktuallığından söhbət açıb. Direktor bildirib ki, Prezident yanvarın 19-da “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Qulu Novruzov həmin sənəddə respublikamızın inkişaf konsepsiyasına uyğun olaraq, Dövlət Strategiyasında davamlı, dayanıqlı və rəqabətqabiliyyətli inkişafı təmin edən, insan kapitalının inkişafına önəm verən, insan resurslarının yetişdirilməsini və idarəedilməsini reallaşdıran müasir təhsil sisteminin yaradılmasının ön plana çəkildiyini və həmin sənəddə öz əksini tapmış digər önəmli istiqamətlər barədə geniş məlumat verib. Çıxışında qeyd edib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nda təhsil sisteminin bütün pillələrinin yeniləşməsi ilə bağlı mərhələlərlə həyata keçiriləcək tədbirlər sistemi öz əksini tapıb. Hazırda Təhsil Problemləri İnstitutu olaraq başlıca vəzifəmiz bütün fəaliyyətimizi nəzərdə tutulmuş tədbirlərin məqsədyönlü şəkildə həyata keçirilməsinə yönəltməkdən ibarətdir. Direktor dövlətimizin təhsil siyasətinin həyata keçirilməsində, o cümlədən müəyyənləşdirilmiş strateji istiqamətlərin məqsədlərinə nail olunması prosesində pedaqoji kadrların mühüm rol oynadığını deyib. O, Dövlət Strategiyası sənədində ölkəmizdə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün və fəaliyyət planının uğurla reallaşdırılmasının vacib hissəsinin məhz təhsildə çalışan çox yaradıcı, bacarıqlı müəllimlərin işi olduğunu qeyd edib. Sonra tədbirdə əlavə təhsilin yeni yaradılacaq məzmunu və təşkili barədə institutun əməkdaşı Afaq Əliyeva məruzə ilə çıxış edib. Görüşdə çıxış edən Təhsil Problemləri İnstitutunun direktor müavini Ənvər Abbasov, institutun peşə ixtisas təhsili şöbəsinin müdiri Rəsul Əsgərov, ali təhsil müəssisələrinin əməkdaşları, şəhər və rayon məktəb direktorları, bağça müdirləri, müəllimlər, tərbiyəçilər qeyd ediblər ki, Əlavə təhsilin kurikulumunun yaradılması işində dəvətə və iştirakına maraq genişdir. Buna görə də İnstitutut rəhbərliyinə təşəkkürlərini bildiriblər. Çıxışlarında vurğulayıblar ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsil sisteminin dünya təhsil sisteminə uyğunlaşdırılması üçün hədəflər müəyyənləşdirilib. Bu hədəfə doğru gedən yolda İnstitutla sıx əməkdaşlıq edəcəklərinə və sağlam düşüncə, yeni, müasir təhsil üçün yeni məzmun hazırlanmasında məsuliyyətlə çalışacaqlarını vurğulayıblar. Tədbirdə ilkin peşə ixtisas təhsili, məktəbəqədər müəssisələrin pedaqoji heyətinin: müdir, tərbiyəçi, metodist və musiqi müəllimlərinin peşəkar inkişafındakı problemlər; məktəbəqədər təhsil müəssisələrinin pedaqoji heyətinin peşəkar inkişafı üçün nəzərdə tutulan metodiki vəsaitlərin hazırlanması; ümumtəhsil müəssisələrinin pedaqoji kadrlarının ixtisasartırması ilə bağlı vəziyyəti və s. təqdim olunan istiqamətlər üzrə maraqlı, geniş müzakirələr olub. Müzakirələr zamanı məktəb rəhbərləinin peşəkar inkişafı ilə bağlı, müəllimlərin peşəkar inkişafı üçün innovativ modellər, müəllimlərin diplomdan sonrakı hazırlığı ilə bağlı, müəllimlərin ixtisasartırmasının kurikulumu və standartlarının hazırlanmasına və s. dair maraqlı təkliflər səslənib. Tədbirdə İnstitutun direktor müavini, şöbə müdirləri, institutun əməkdaşları, Göygöl, Gəncə və Bakı şəhərinin təhsil işçiləri iştirak ediriblər.
Anar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info