İzmit şəhərində Xocalı abidəsi ucaldılır
Tarix: 12.02.2015 | Saat: 19:38:00 | E-mail | Çapa göndər


1992-ci il fevralın 26-da Xocalı şəhərində Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilmiş soyqırım aktının unudulmaması və faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərində abidə ucaldılacaq. Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) ilə İzmit Bələdiyyəsinin birgə layihəsi olan abidənin artıq inşasına başlanılıb.
İzmit şəhəri, Yenişəhər məhəlləsindəki parkda ucaldılacaq abidə Bələdiyyənin Park və Baxçalar müdirliyi tərəfindən hazırlanan layihə əsasında inşa edilir. Layihəyə görə abidənin ümumi hündürlüyü 2,5 metr təşkil edir. Abidədə Azərbaycan və Türkiyənin qardaşlığını tərənnüm edən bayraq simvolları, şəhidlərin ölməzliyini bildirən səmaya doğru ucalmış sütunlar qoyulacaq. Bundan başqa, soyqırımı əks etdirəm fotolardan istifadə ediləcək, abidənin kənarlarındakı lövhələrdə Xocalıda qətlə yetirilmiş 613 nəfərin adları həkk olunacaq
Parkda hər iki ölkənin bayraqları ilə yanaşı, Azərbaycan milli naxışları, buta və digər simvollar əks olunacaq. Abidənin bu il aprelin 22-də Türkiyə və Azərbaycan dövlət adamlarının iştirakı ilə açılışı nəzərdə tutulur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Salyanda Nəsiminin 650 illik yubileyi qeyd edilib
20.04.2019
Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb
20.04.2019
Bu günün havası - Yağış hələ yağacaq...
20.04.2019
Lerik və Yardımlı rayonlarına qar yağıb
19.04.2019
Aprelin 22-dən problemli krediti olan şəxslərə kompensasiya ödənişlərinin verilməsinə başlanacaq

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info