Avropa Oyunları zamanı xidmət göstərəcək sürücülərin siyahısı müəyyənləşdirilib
Tarix: 12.02.2015 | Saat: 20:59:00 | E-mail | Çapa göndər


Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı avtobus və taksi sürücülərinin geyim formasında dəyişiklik olacaq. Bununla əlaqədar Nəqliyyat Nazirliyində və Milli Olimpiya Komitəsində 6 növ geyim forması tərtib olunub. Gələn həftənin bazar ertəsi formalara baxış keçiriləcək və seçimlə bağlı son qərar veriləcək. Bunu Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsinin rəis müavini Əmrah Cəfərov deyib.Onun sözlərinə görə, xüsusi geyim forması ilə bağlı son qərar veriləndən sonra onların tikilməsi və paylanması prosesinə start veriləcək.
Ə.Cəfərov həmçinin qeyd edib ki, Avropa Oyunları zamanı zərurət yaranarsa, bəzi avtobus marşrutlarının dislokasiyası, eləcə də nəqliyyat vasitələrinin və sərnişinlərin sıxlığının müşahidə edildiyi avtobus dayanacaqlarının yeri müvəqqəti olaraq dəyişdiriləcək. Oyunlar zamanı avtobus marşrutlarının əhatə dairəsinin genişləndirilməsi isə işin gedişatından asılı olacaq.
İdarə rəsmisi əlavə edib ki, artıq Avropa Oyunları zamanı xidmət göstərəcək avtobus və taksi sürücülərinin, o cümlədən mühəndis-texniki işçilərin siyahısı müəyyənləşdirilərək müvafiq qurumlara göndərilib. Siyahıda minə yaxın şəxsin adı var: “Olimpiya Oyunları ərzində sərnişindaşımada hər hansı nizam-intizam qaydası pozularsa, istər İdarəmizin işçiləri, istərsə də sürücülər və sahibkarlar məsuliyyətə cəlb ediləcək, qanun qarşısında cavab verməli olacaqlar”.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb
13.11.2018
Heydər Əliyev Beynəlxalq Aeroportu 3,8 milyon sərnişinə xidmət göstərib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info