“Neymar penaltini vurmaq üçün Messidən icazə almalıdır”
Tarix: 12.02.2015 | Saat: 22:15:00 | E-mail | Çapa göndər


“Barselona"nın futbolçusu Lionel Messi beş il sonra bir ilkə imza atıb. Argentinalı hücumçu beş ildən sonra özündən başqa, digər komanda yoldaşının matçın əsas vaxtı zamanı təyin olunan penaltini vurmasına icazə verib.
Bu, İspaniya kubokunun yarımfinalında keçirilən "Vilyareal"a qarşı (3:1) oyunda baş verib. Messinin razılığından sonra Neymar rəqib qapısına təyin olunan penaltini yerinə yetirib. Ancaq braziliyalı hücumçu bu imkanı dəyərləndirə bilməyib. Messi sonuncu dəfə 2010-ci il martın 21-də "Saraqosa"ya qarşı görüşdə sabiq komanda yoldaşı Zlatan İbrahimoviçin onbirmetrlik cərimə zərbəsini yerinə yetirməsinə razılıq vermişdi. Oyundan sonra "Barselona"nın baş məşqçisi Luis Enrike deyib ki, komandada hər zaman penaltini birinci vurmaq hüququ Lionel Messiyə məxsusdur: "İkinci isə Neymardır. Əgər Neymar penalti zərbəsini yerinə yetirmək istəyirsə, Messidən icazə almalıdır".




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
İngiltərə Premyer Liqası: “Tottenhem” səfərdə məğlub oldu
23.02.2019
“Mançester Siti” Emerik Laport ilə yeni müqavilə imzalayıb
22.02.2019
Rusiya Futbol İttifaqının yeni prezidenti məlum oldu
22.02.2019
Pauerliftinq üzrə Paralimpiya yığmamızın üzvləri ilə görüş keçirilib
22.02.2019
“Barcelona arzularımın komandasıdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info