“Vaşinqton Avropanın maraqlarına məhəl qoymur”
Tarix: 12.02.2015 | Saat: 23:37:00 | E-mail | Çapa göndər


“Makkeyn parçalanan Yuqoslaviya və Birləşmiş
Millətlər Təşkilatının razılığı olmadan NATO bombardmanlarını
xatırlasa, yaxşı olar”

Jurnalist-yazar Robert Bridj senator Con Makkeynin Ukraynanı silahla təchiz etmək barədə çağırışlarını tənqid edib. Robert Bridj RT-yə təqdim etdiyi yazıda qeyd edir ki, Vaşinqtonun bəzi nümayəndələri özlərinə sərf edən vaxta qədər Avropada müharibə olması üçün müxtəlif təhrikedici hərəkətlərə yol verirlər. Onun fikrincə, Vaşinqton bununla da Avropanın maraqlarını nəzərə almır: “Belə görünür ki, Vaşinqtonda bəzi şəxslər ABŞ-ın maraqlarına uyğun gəldiyi halda Avropanın bəzi yerlərində "yanğın" ola biləcəyi ehtimalından heç bir narahatçılıq hissi keçirmirlər”. Jurnalist-yazar nümunə kimi senator Con Makkeynin açıqlamalarını göstərib. Xatırladaq ki, Makkeyn Ukraynanın silahla təmin edilməsinin ən fəal tərəfdarlarından biridir. Makkeyn bəyan edib ki, Obama belə bir addım atmayacağı təqdirdə, Senata Ukraynaya silah verilməsi ilə bağlı qanun layihəsi təqdim edəcək. Makkeynin “Fox News” telekanalına verdiyi müsahibəyə istinad edən Bridj qeyd edir ki, o, şərhlərində böyük yanlışlıqlara yol verib: “Birincisi, Makkeyn son vaxtlar Ukraynada həlak olanların sayını azaldıb. İkincisi, onun heç bir əsas olmadan “Rusiya Ukraynanı parçalayır” kimi fikir səsləndirməyə haqqı yoxdur”. Bridj hesab edir ki, Makkeynə parçalanan Yuqoslaviya və Birləşmiş Millətlər Təşkilatının razılığı olmadan NATO bombardmanlarını xatırlasa yaxşı olar: “2008-ci ildə Obama yox, Makkeyn ABŞ prezidenti seçilsəydi nələrin olacağını indi təsəvvür etmək çətindir. Avropalılar bu məqamı düşünsələr yaxsı olar. Nəzərə almaq lazımdır ki, Obamanın prezidentlik müddəti yavaş-yavaş sona çatmaqdadır”.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Ərdoğan Tramp və Putinlə razılaşmağa çalışır
21.01.2019
Ukraynada yaşayan azərbaycanlının prezidentliyə namizədliyi qeydə alınıb
21.01.2019
Ermənistana yatırılan sərmayə 11 dəfə azalıb
21.01.2019
Fransada erməni mafiozlara qarşı xüsusi əməliyyat keçirilib
21.01.2019
Erməni politoloq: Paşinyanı çətin günlər gözləyir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
3 “Mənim güc mənbəyim Bakıdadır”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info