Sarqsyan müxalifət liderini qovdu
Tarix: 13.02.2015 | Saat: 15:32:00 | E-mail | Çapa göndər


Ermənistan prezidenti Serj Sarqsyan müxalif “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyanın Milli Təhlükəsizlik Şurasında üzvlüyünün ləğv olunması haqqında fərman imzalayıb.
“BBC”-nin verdiyi xəbərə görə, qərar Tsarukyanın şuranın iclaslarında mütəmadi olaraq iştirak etməməsi ilə əsaslandırılıb.
“Bu (Milli Təhlükəsizlik Şurası) kinoteatr deyil ki, kim nə vaxt istəsə gəlsin”, deyə Sarqsyan Respublika partiyası şurasının iclasında bildirib.
Onun sözlərinə görə, parlamentin 2013-2014-cü illərdə keçirilmiş 145 iclasında Tsarukyan yalnız 4-də iştirak edib. Prezident həmçinin baş nazirə Tsarukyanın vergidən yayınma barədə yayılan xəbərləri yoxlamağa dair göstəriş verib.
Qeyd edək ki, Qaqik Tsarukyan ötən həftə ictimai qüvvələrin konfransında hakimiyyəti kəskin tənqid atəşinə tutaraq növbəti seçkilərdə yeni rəhbərliyin seçilməsinin zəruriliyini qeyd etmişdi.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Paşinyan erməni cəmiyyətini “xeyir və şər“ qüvvələrə bölüb
26.09.2018
Türkmənistanda elektrik enerjisi, qaz, su və duzdan pulsuz istifadə ləğv olunub
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info