Naxçıvanda təlim keçirilib
Tarix: 13.02.2015 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasının region üçün mühüm əhəmiyyət kəsb edən nəqliyyat dəhlizlərinin kəsişdiyi mövqedə yerləşməsi, ictimai-siyasi sabitliyin qorunub saxlanması, iqtisadiyyatın hərtərəfli inkişafı və bunun nəticəsində əmək bazarının genişlənməsi normal işlə təmin edilməyən və ya yüksək gəlirli iş axtarışında olan əcnəbilərin muxtar respublikaya gəlişini intensivləşdirib. İntensivləşən miqrasiya prosesləri həm milli təhlükəsizliyin, həm də daxili bazarın qorunması baxımından muxtar respublikada müəyyən tədbirlərin görülməsini zəruri edib.
Bu fikirlər Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının Prokurorluğu, Milli Təhlükəsizlik, Daxili İşlər nazirlikləri, “Naxçıvan” Sərhəd Diviziyası və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi əməkdaşlarının iştirakı ilə “Əhalinin beynəlxalq miqrasiyasının əsas mərhələləri, istiqamətləri və readmissiya idarəçiliyi” mövzusunda keçirilən təlimdə səsləndirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini Elnur Məmmədov çıxışında bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il mayın 31-də imzaladığı Fərman ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti yaradılıb. Bununla da, muxtar respublikada əmək ehtiyatlarından səmərəli istifadə olunması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması ilə bağlı dövlət siyasətinin həyata keçirilməsi üçün hərtərəfli şərait yaradılıb. Ötən dövr ərzində Xidmət tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Lakin bununla yanaşı, miqrasiya prosesləri zamanı yeni çətinliklər müşahidə olunur. Buna görə də bu proseslərə hazır olmaq üçün Dövlət Miqrasiya Xidməti ilə bərabər, muxtar respublikanın milli təhlükəsizliyinin və ictimai asayişin keşiyində duran müvafiq orqanların birgə fəaliyyətinin daha da genişləndirilməsi əsas məsələlərdəndir. Bu istiqamətdə hər bir orqanın bilik və təcrübələrindən qarşılıqlı şəkildə yararlanmaq ümumi fəaliyyətin yüksəldilməsinə öz töhfəsini verəcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi İsmayıl Qəribli miqrasiya sahəsində qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsindən danışıb.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Rahib Kərimovun “Əhalinin beynəlxalq miqrasiyasını yaradan və onun inkişafına təsir edən amillər” və Zakir Məmmədovun “Qeyri-qanuni miqrasiya və onun qarşısının alınması” mövzularında çıxışları dinlənilib, müvafiq orqanların əməkdaşları ilə qarşılıqlı müzakirələr aparılıb.

Təhminə





 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Yaxın zamanlarda dərman vasitələrinin ölkəmizə gətirilməsi qaydaları sadələşdiriləcək
26.09.2018
Qəbələli fermerlər bu il 75 hektar sahədə tütün yetişdiriblər
26.09.2018
Müşfiq Cəfərov: Aprel şəhidləri gənclər üçün əsl qəhrəmanlıq məktəbinə çevrilib
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info