Gömrükçülər qaçaqmalçılığa qarşı mübarizə tədbirlərini davam etdirir
Tarix: 13.02.2015 | Saat: 16:41:00 | E-mail | Çapa göndər


Ölkəmizin gömrük orqanları qaçaqmalçılıq hallarına, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir. Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postunda 55 saylı Bakı-Moskva sərnişin qatarında Azərbaycan Respublikasından Rusiya Federasiyasına gedən Hüseynov Turac Rəhman oğlunun əl yükünə keçirilmiş gömrük baxışı zamanı ona məxsus çemodanın alt hissəsindəki astarın içəri hissəsində gizlətdiyi 6 ədəd bağlamada külli miqdarda, ümumi çəkisi 5 kq 880 qram həşiş qətranı narkotik vasitəsi gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülüb. Hüseynov Turac Rəhman oğlu şübhəli şəxs qismində tutulmuş, ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmiş və Bakı şəhəri Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda isə İran İslam Respublikasından Azərbaycana piyada gələn Azərbaycan Respublikası vətəndaşı Qurbanova Pərvanə Bayram qızının üzərində aparılmış şəxsi yoxlama zamanı onun daxili orqanından, gömrük nəzarətindən gizlədilmiş, selofana bükülü 2 ədəd bükümdə, ümumi xalis çəkisi 172,756 qram olan narkotik vasitə heroin aşkar edilib. Bundan sonra Qurbanova Pərvanə Bayram qızından aşkar edilən narkotik vasitə heroini qəbul edəcək şəxsin müəyyənləşdirilərək saxlanılması istiqamətində müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş və narkotik vasitəni qəbul edəcək Azərbaycan Respublikası vətəndaşı Qarayev Rəşad Ağaverdi oğlu Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunun qarşısında saxlanılmışdır.
Aşkar edilmiş faktlarla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info