ABŞ polisi yenə əlində oyuncaq olan azyaşlını güllələdi
Tarix: 13.02.2015 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


ABŞ-da polis Los-Ancelesdən olan məktəbli Djamar Nikolsona atəş açaraq ağır yaralayıb. “Los Angeles Times” qəzetinin yaydığı məlumata görə, polis zabiti 15 yaşlı uşağın kürəyindən atəş açıb. O, Djamarın əlində oyuncaq silah görəndən sonra bunu həqiqi silah hesab edib. Maraqlısı isə budur ki, bu insidentdən dərhal sonra yaralı azyaşlının qolunu da qandallayıblar. Djamar özü bu barədə deyib ki, səhər 7-də dostları ilə küçədə gəzərkən qəfildən yüksək səslə “dayan” səsi eşidib. O çevrilərkən arxasında əli silahlı polis görüb. Bir neçə saniyə sonra isə kürəyində ağrı ilə o özünü yerdə hiss edib. Djamarı xəstəxanaya da əli qandallı aparıblar. Yalnız bundan sonra məlum olub ki, yaralı azyaşlının əlində sadəcə oyuncaq silah olub.
Xatırladaq ki, bir müddət öncə də oxşar insident yaşanmışdı. Qaradərili azyaşlının əlində oyuncaq silahı görən polis ona atəş açmışdı və nəticədə uşaq dünyasını dəyişmişdi. Polis isə öz əməlinə belə bəraət qazandırmışdı ki, xəbərdarlığa baxmayaraq o əlindəki oyuncağı yerə atmamışdı.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Terror təşkilatı PKK tərəfdarlarının Kölndə işğal təşəbbüsü
19.03.2019
Brüsseldә bomba hәyәcanı
19.03.2019
Nursultan Nazarbayev istefa verib
19.03.2019
ABŞ-da Perunun eks-prezidenti saxlanılıb
19.03.2019
Birləşmiş Ərəb Əmirlikləri dünyada ən təhlükəsiz ölkədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10700

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Film turizmi – yaxşı kino ixrac məhsuludur


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info