Təhsil Problemləri İnstitutunda görüş
Tarix: 13.02.2015 | Saat: 17:28:00 | E-mail | Çapa göndər


Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov İsveçrə İnkişaf və Əməkdaşlıq təşkilatının Azərbaycanda kənd təsərrüfatı sektoru üzrə Peşə Təhsili və Təlimi layihəsinin rəhbəri Korin Tevozu qəbul edib. Layihə rəhbəri Korin Tevoz öncə layihənin məqsədi barədə məlumat verib. Layihənin icraçısının HEKS EPER təşkilatının Azərbaycan nümayəndəliyi olduğunu vurğulayıb. Sonra layihəni icra edən HEKS EPER təşkilatının Azərbaycan nümayəndəliyinin olduğunu bildirib. Əsas iştirakçıları: HEKS EPER Azərbaycan, Bern Tətbiqi Elmlər Universitetinin (HAFL) Kənd təsərrüfatı, Meşə və Qida Elmləri Fakültəsi, Azərbaycan Aqrar Universiteti, İlk peşə-ixtisas tədris müəssisələri, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, özəl sektor və s. olduğunu deyib. Layihə rəhbəri çıxışında bildirib ki, HEKS EPER təşkilatının Azərbaycan nümayəndəliyi artıq 2012-ci ildən fəaliyyət göstərir və 13 iyul 2012-ci ildə Ədliyyə Nazirliyində Beynəlxalq qeyri-hökumət təşkilatı kimi qeydiyyatdan keçib. Təşkilatın Azərbaycanda həyata keçirdiyi ilk layihə heyvandarlıq sektoru üzrə inkişafa nail olmağa yönəlib. HEKS EPER Azərbaycan təşkilatı İsveçrə İnkişaf və Əməkdaşlıq təşkilatının dəstəyi ilə Azərbaycanda kənd təsərrüfatı üzrə ilk peşə-ixtisas təhsilinin inkişaf etdirilməsinə yönəlmiş layihəni həyata keçirməyə planlaşdırır. Hazırda layihənin hazırlıq mərhələsi üzrə bütün maraq qrupları ilə görüşlər keçirilir və mümkün əməkdaşlıq imkanları araşdırılır. Layihənin əsas məqsədi Azərbaycanda kənd təsərrüfatı üzrə ilk peşə-ixtisas təhsilinin inkişafına dəstək olmaqdır. Layihə əsasən Aran İqtisadi Regionunda fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrinin inkişafına dəstək olmağı planlaşdırır. Layihə çərçivəsində regionda bir neçə pilot məktəblərin seçilməsi və layihə fəaliyyətinin pilot məktəblərdə daha əhatəli və geniş tətbiqi nəzərdə tutulub. Layihə çərçivəsində Bern Tətbiqi Elmlər Universitetinin (HAFL) və Azərbaycan Aqrar Universiteti arasında, Aqrar Universitet ilə ilk peşə-ixtisas təhsili müəssisələri arasında Tvinninqlərin təşkili planlaşdırılır. İnstitutun direktoru Qulu Novruzov əməkdaşlığa daim hazır olduqlarını bildirib. Azərbaycanda kənd təsərrüfatı sektoru üzrə mövcud peşə təhsilinin məsələləri barədə fikir mübadiləsi aparılıb. Direktor layihənin uğurlu icrası üçün institut tərəfindən lazım olan işlərin yerinə yetirilməsinə hazır olduğunu söyləyib. Görüşdə Azərbaycanda kənd təsərrüfatı üzrə ilk peşə-ixtisas təhsilinin inkişafına dəstək olmaq, onun keyfiyyətini və davamlı inkişafına töhfə vermək, Layihə çərçivəsində həmçinin ilk peşə-ixtisas təhsili müəssisələrində təhsilin keyfiyyətini yüksəltmək və əlavə olaraq fermer və digər maraqlı tərəflər üçün xidmətlərin və yaşlıların təhsili üzrə kursların təşkilini təmin etmək üçün müəyyən imkan və resursların dəstəklənməsi və s. irəli gələn məsələlərlə bağlı verilən suallar cavablandırılıb. Görüşdə TPİ-nin peşə ixtisas təhsili şöbəsinin müdiri Rəsul Əsgərov, həmin şöbənin əməkdaşı, “Təhsil Problemləri” qəzetinin baş redaktoru Malik Rəcəb, beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin müdiri Almaz Həsrət, Azərbaycanda kənd təsərrüfatı sektoru üzrə Peşə Təhsili və Təlimi layihəsinin koordinatoru Elnarə Rafətova və layihənin məsləhətçisi Zaur Əliyev iştirak ediblər.

Anar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info