“Kənd təsərrüfatı ili”ndə Naxçıvan MR-da meliorasiya və irriqasiya işlərinin həcmi genişləndirilir
Tarix: 13.02.2015 | Saat: 17:34:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasında meliorasiya və irriqasiya sistemlərinin təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Su təsərrüfatlarından səmərəli istifadə olunması məqsədilə cari təmir işləri davam etdirilir və yeni su xətləri çəkilir.
Bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətinin məlumatında bildirilir.
Məlumatda qeyd edilir ki, ötən ay rayon Suvarma Sistemləri idarələri tərəfindən 1,1 kilometr məsafədə sahilbərkitmə işləri aparılıb. 13,11 kilometr kanal, 23,9 kilometr ara arxları, 5 kilometr kollektor lildən təmizlənib, 9,71 kilometr içməli su xətti, 1,55 kilometr suvarma xətti, 1,5 kilometr təzyiqli boru xətti təmir olunub, 250 metr yeni içməli su xətti çəkilib, 30 metr kaptaj tikilib. Hazırda Naxçıvan şəhərində çirkab sutəmizləyici qurğunun tikintisi davam etdirilir.
Yanvar ayı ərzində 40 subartezian quyusunda təmir işləri aparılıb, 1 subartezian quyusu isə bərpa olunub. Həmçinin komitənin təmir sexlərində 3 nasos, 2 elektrik mühərriki, 1 ekskavator təmir olunaraq saz vəziyyətə gətirilib, Kəhrizlər İdarəsi tərəfindən 6 kəhrizdə təmir işləri davam etdirilib.
Naxçıvan şəhərində, rayon mərkəzləri və kəndlərdə su təchizatı və kanalizasiya şəbəkəsinin yenidən qurulması layihəsinin icrası da uğurla davam etdirilir. Layihə çərçivəsində ötən ay Naxçıvan şəhərində 770 metr kanalizasiya xətti, 430 metr içməli su xətti çəkilib, 454 ev birləşməsi qoyulub. Həmçinin Babək rayonunda 2,83 kilometr kanalizasiya və 3,71 kilometr su xətti çəkilib, 34 ev birləşməsi aparılaraq sayğac quraşdırılıb.
Çay kənarlarında yerləşən yaşayış məntəqələrinin və əkin sahələrinin sel və daşqınlardan qorunmasını təmin etmək məqsədilə də bir sıra işlər görülüb. Belə ki, ötən ay Araz çayında 400 metr sahilbərkitmə işi aparılıb, Kəngərli rayonunda yeni tikilən nasosun ətrafında 1,7 kilometr suvarma xətti, Vayxır sol sahil kanalının altında tikilən suvarma şəbəkəsində 23 kilometr suvarma, 2,5 kilometr drenaj xətti çəkilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info