ABŞ-da öldürülən müsəlman gənclər dəfn olundular
Tarix: 13.02.2015 | Saat: 17:55:00 | E-mail | Çapa göndər


ABŞ-ın Şimali Karolina ştatında güllələnmiş 3 müsəlman tələbə dəfn olunub. Diqqət çəkən məqam isə o olub ki, dəfnə minlərlə adam qatılıb.
Qeyd edək ki, 23 yaşlı Deah Shaddy Barakat və 21 yaşlı Yusor Mohammad Abu-Salha yenicə ailə qurmuşdular. Onlar, Yusorun 19 yaşlı bacısı Razan Mohammad Abu-Salha ilə birlikdə fevralın 10-da güllələniblər. Bütün dünyanın ciddi qınaq obyektinə çevrilmiş bu insidenti törədən şəxs də artıq məlum olub. Qonşuları, 46 yaşlı Craig Stephen Hicks qətldə ittiham olunaraq saxlanıb. Hadisəyə ilkin səbəb kimi parkinqə görə mübahisə göstərilir. Ancaq müstəntiqlər dini nifrət amilini araşdırırlar. Adi mübahisə zəminində törədilmiş bir cinayətin bir qurbanı ola bilərdi. Eyni vaxtda üç gənci amansızlıqla qətlə yetirmək hansısa mübahisədən deyil, nifrət və ya rasizmdən xəbər verə bilərdi. Artıq amerikalılar da sosial şəbəkələrdə bu barədə müzakirələr açaraq bildirirlər ki, bu adi mübahisənin acı sonluğu ola bilməz. “O məkanda üç gənc olub və üçü də qətlə yetirilib. Əgər orada beş nəfər olsaydı belə beşi də öldürüləcəkdi. Bu adi nifrət deyil”.-deyə insidentə etiraz edənlər bildirilər. Maraqlısı isə odur ki, Hicks də “Facebook” səhifəsində özünü qatı ateist kimi təsvir edib, xristianlığı, islamı tənqid edən postlar yerləşdirib.
Qurbanların ailələri də bunun adi bir mübahisə zəminində yaranmış faciə olmasını qəbul edə bilmirlər. Onlar hücumu dini motivli sayır və nifrət cinayəti kimi araşdırılmasını istəyir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Ötən il Ukraynada əhalinin sayı 200 min nəfərdən çox azalıb
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir
18.01.2019
İtaliya Suriyada yenidən səfirliyini aça bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info