Prezidentin Avropaya davamlı səfərləri Azərbaycanın adına ciddi uğurlar yazıb
Tarix: 13.02.2015 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


Ağ Yol Vətəndaş Hərəkatının rəsmi “Facebook” səhifəsində və 550 minlik eyni adlı qrupunda Prezident İlham Əliyevin Avropaya son səfərləri ilə bağlı geniş müzakirə açılıb. Bu haqda Ağ Yol Vətəndaş Hərəkatının Mətbuat xidməti qəzetimizə məlumat göndərib.
Paylaşılmış statusda deyilir: “Azərbaycan Avropanın hər zaman önəmli tərəfdaşı olub və bu gün də olmaqdadır. Prezident İlham Əliyevin son günlər Avropaya davamlı səfərləri, yüksək səviyyədə qəbulu və cəsarətli çıxışları Azərbaycan adına ciddi uğurlar yazıb. İqtisadi və siyasi gücünü bir-biri ilə uzlaşdırmağı bacaran Azərbaycan dövləti öz təcəssümünü dövlət başçısının apardığı uğurlu balanslı siyasətdə tapır.
Almaniyaya səfər və kansler Angela Merkel ilə görüş, Berlində Münhen Təhlükəsizlik Konfransında iştirak və cəsarətli çıxış ölkəmizi dünyaya fərqli rakursda təqdim etdi. Çünki, Azərbaycan müstəqil şəkildə, heç kimdən asılı olmadan təkbaşına ayaqda dayanır və hətta ehtiyacı olanlara da kömək əlini uzadır.
Prezident dövlətimiz adından TANAP və TAP layihələri barədə cəsarətlə danışdı. NABUCCO-nun reallığa çevrilməməsində Avropa Birliyini sətiraltı ittiham etdi. Amma, Azərbaycanın yenə də gecikmədən düzgün qərar verdiyini və bu layihələrin də Avropanın enerji təhlükəsizliyində ayrıca rolu olduğunu vurğuladı.
Almaniya kansleri Məcarıstana səfərində də Azərbaycan barədə və onun önəmini vurğuladı. Çünki, Prezident İlham Əliyevlə görüşdə ciddi təsirlənmişdi.
Bu siyasətin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə də təsiri ola bilər. Prezident bu barədə çox səlis və konkret danşaraq Ermənistanı işğalçı adlandırdı və dünyanı ikili standart yeritməkdən çəkinməyə çağırdı. Artıq bütün dünya bilir ki,
Azərbaycan üçün bu münaqişənin ədalətli həlli ən vacib məsələdir və bütün danışıqlarda o qırmızı xətlə keçməlidir.”




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info