Ukrayna prezidenti: “Biz sülhdən hələ çox uzaqdayıq”
Tarix: 13.02.2015 | Saat: 20:26:00 | E-mail | Çapa göndər


“Minsk razılaşmaları Donbassdakı münaqişənin sülh yolu ilə nizamlanma mərhələsinə daxil olacağına ümid yaradır”. “112.ua” saytının verdiyi məlumata görə, bu sözləri Ukrayna prezidenti Pyotr Poroşenko Milli Qvardiyanın “Novıye Petrovtsı” təlim bazasındakı çıxışında deyib. Lakin o, sülhdən hələ çox uzaq olduqlarını söyləyib: “Mən istəyirəm ki, heç kim hər hansı illüziyaya qapılmasın, eyni zamanda mənim haqqımda sadəlövh insan təsəvvürü yaranmasın. Biz sülhdən hələ çox uzaqdayıq. Minsk razılaşmalarındakı şərtlərin yerinə yetiriləcəyinə qəti əminlik heç kimdə yoxdur. Sadəcə olaraq, ümid var ki, gərginlik azalmağa başlayacaq. Atəşin dayandırılması, ağır silahların geri çəkilməsi ümid edirəm ki, bizi sülhə aparan yol olacaq”.
P. Poroşenko bəyan edib ki, sülh diplomatik müstəvilərdə yox, ön cəbhədə və səngərlərdə əldə olunur: “Bizim düşmənimiz Minsk danışıqlarına çox ciddi hazırlaşmışdı. Məhz bu səbəblə son günlər və həftələr bütün təmas xətti boyunca bizim mövqelərimizə hücumlar etdilər. Təəssüf ki, bu amansız hücumlar sülh sazişinin imzalanmasından sonra da davam edir. Nə üçün? Məqsəd o idi ki, müdafiəmizi yarsınlar və Minskə vəziyyətin hakimi olaraq gəlsinlər. Lakin bu plan sizin və on minlərlə Ukrayna döyüşçüsünün sayəsində fantaziya olaraq qaldı”.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
İranın Hərbi Dəniz Qüvvələri genişmiqyaslı təlimlərə başlayıb
21.02.2019
Paşinyan yeni müxalifət formalaşdırmaq istəyir
21.02.2019
Türkiyə Ermənistanla sərhəddə genişmiqyaslı hərbi təlimlər keçirir
20.02.2019
ABŞ və Türkiyə razılığa gələ bilmir
20.02.2019
“Lazarev klubu” erməniləri qane etmir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info