Xocalı soyqırımı ilə bağlı diaspor təşkilatları təbliğat kampaniyasına başlayıb
Tarix: 13.02.2015 | Saat: 20:29:00 | E-mail | Çapa göndər


Xocalı soyqırımının 23-cü ildönümü bu il dünya ölkələrində yaşayan soydaşlarımız, Azərbaycan diaspor təşkilatları tərəfindən daha geniş miqyasda qeyd olunur. Soydaşlarımız bu tədbir və aksiyalarla 23 il əvvəl Azərbaycan xalqının məruz qaldığı qətliamı, erməni vəhşiliklərini yaşadıqları ölkənin ictimaiyyətinə və xalqına çatdırmağa çalışacaq. Azərbaycan diaspor təşkilatları Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlamış “Xocalıya ədalət!” beynəlxalq kampaniyasında da aktiv iştirak edəcək.
ABŞ-ın Nyu-York şəhərində - BMT-nin mənzil qərargahının, Vaşinqtonda isə Ermənistan səfirliyi qarşısında etiraz aksiyalarının keçirilməsi, Los-Anceles, San-Fransisko, Hyuston, eləcə də digər şəhərlərdə yerli və xarici gənclər arasında faciə ilə bağlı debatların, konfrans, dəyirmi masa və anım mərasimlərinin təşkili planlaşdırılıb.
Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Almaniya, Niderland, Belçika, Danimarka, İsveçrə, Polşa, İsveç, Finlandiya, Latviya, Litva, Estoniya, Rumıniya, Macarıstan, Çexiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları tərəfindən Xocalı soyqırımına həsr olunmuş müxtəlif səpkili tədbirlərin reallaşdırılması nəzərdə tutulub. Avropanın bir sıra şəhərlərinin mərkəzi küçə və meydanlarında yürüş, etiraz aksiyaları keçiriləcək, bəzi şəhərlərin ictimai nəqliyyatında Xocalı soyqırımından bəhs edən videoçarxın nümayişi, fotosərgilərin təşkili, fotostendlərin qurulması planlaşdırılıb. Bundan başqa, bir sıra ölkələrin yerli kütləvi informasiya vasitələrində Xocalı soyqırımının ildönümünə həsr olunmuş materialların dərci nəzərdə tutulub.
Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar Rusiyanın, Ukraynanın bir çox bölgələrində, Belarus və Moldovada da faciəyə həsr olunmuş silsilə tədbirlər keçiriləcək. Faciənin növbəti ildönümü ilə əlaqədar Türkiyə, Gürcüstan, Qazaxıstanda geniş təbliğat kampaniyasının aparılması nəzərdə tutulub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
Azərbaycanda boşanmaların sayı artıb
17.07.2019
Arıçılara 4,2 milyon manatdan çox subsidiya veriləcək
17.07.2019
Azərbaycanda əhalinin sayı daha 13 133 nəfər artıb
17.07.2019
Azərbaycanda 1238 əkiz, 36 üçəm doğulub
16.07.2019
Zaqatalada 171 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info