“Azərbaycanın dəqiq siyasəti böyük bir coğrafiyada iqtisadiyyatın sıçrayışlı inkişafını təmin edib”
Tarix: 13.02.2015 | Saat: 20:48:00 | E-mail | Çapa göndər


Gürkan Kumbaroğlu: “Azərbaycan və Türkiyənin beynəlxalq enerji layihələri Azərbaycan və Türkiyənin ortaq maraqlarını təmin edən strateji hədəflərdir”

Türkiyədə fəaliyyət göstərən Enerji İqtisadiyyatı Dərnəyi (EİD) Azərbaycanın karbohidrogen ehtiyatları sayəsində həyata keçirilən beynəlxalq iqtisadi layihələrin perspektivləri ilə bağlı nikbin proqnozlar verməkdədir. EİD-in sədri, professor Gürkan Kumbaroğlu AzərTAc-a müsahibəsində bildirib ki, Azərbaycanın karbohidrogen ehtiyatları və dəqiq hədəflərə hesablanmış siyasəti Qafqaz, Anadolu və Balkan bölgəsi də daxil olmaqla böyük bir coğrafiyada iqtisadiyyatın sıçrayışlı inkişafını təmin edib. Son aylar dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsinin səbəbləri və bunun bölgədəki enerji layihələrinə təsiri ilə bağlı sualı cavablandıran professor deyib: “Əlbəttə ki, neftin qiymətinin kəskin aşağı düşməsi ilk növbədə ixracatçı ölkələr üçün zərərlidir. Lakin TANAP və TAP da daxil olmaqla Azərbaycan və Türkiyənin həyata keçirdikləri beynəlxalq enerji layihələrinin gerçəkləşməsinə mane ola biləcək heç bir qüvvə yoxdur. Çünki bu layihələr Azərbaycan və Türkiyənin ortaq maraqlarını təmin edən strateji hədəflərdir. Neftin qiyməti isə uzun zaman indiki həddə qalmaq imkanında deyil. Ona görə ki, neft və neft məhsullarını tam əvəz edə biləcək alternativ enerji mənbəyi yoxdur. Dünya iqtisadiyyatı isə neftlə idarə olunur. Odur ki, yaxın gələcəkdə, xüsusilə dünyadakı iqtisadi böhran tənzimləndikcə neftin qiyməti orta bir həddə qərar tapacaq”. Azərbaycanla Enerji İqtisadiyyatı Dərnəyi arasındakı əlaqələrdən danışan professor Gürkan Kumbaroğlu deyib: “Əlaqələrimiz dövlət orqanları, təhsil müəssisələri və qeyri-hökumət təşkilatlarını əhatə edir. Azərbaycanda neft sektoruna aid təhsil sistemi və bu sahədəki mütəxəssislərlə işbirliyinə üstünlük veririk. Məqsədimiz Avrasiya Beynəlxalq Enerji İqtisadiyyatı Birliyini qurmaqdır. Gerçəkləşdirmək istədiyimiz birlik Qafqazdan Balkanlaradək on səkkiz ölkədə enerji iqtisadiyyatının inkişafına elmi töhfələr verəcəkdir. Bu sahədə ilk addım cari ilin aprelində Bakıda atılacaqdır. Ümidvarıq ki, Bakıda keçirəcəyimiz toplantı bölgə ölkələrinin inkişaf perspektivlərinin daha dəqiq dəyərləndirilməsi üçün yeni imkanlar açacaq”.





 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info