“Real“ Ronaldonu satır
Tarix: 13.02.2015 | Saat: 23:39:00 | E-mail | Çapa göndər


“Real" Madrid klubu hücumçu Kriştiano Ronaldo mövsümün sonunda satışa çıxara bilər. "El Confidencial"ın məlumatına görə, bu barədə klubun prezidenti Florentino Perez açıqlamasında deyib. Perez yaxşı təklif alacaqları təqdirdə portuqaliyalı futbolçu ilə yollarını ayıracaqlarını bildirib. Ronaldonun "Real"la müqaviləsi 2018-ci ildə başa çatacaq.
Perezin bu cür gözlənilməz qərarına "Real"ın La Liqada "Atletiko"ya 0:4 hesablı məğlubiyyətindən sonra özünə ad günü mərasimi keçirməsi və orada şənlənməsi səbəb olub. Qeyd edək ki, Ronaldo 2009-cu ildə 94 milyon avro müqabilində "Mançester Yunayted"dən "Real"a transfer olunub. Bu arada xatırladaq ki, Madrid Ədalət Məhkəməsi "Real"ın "Santyaqo Bernabeu" stadionunun yenilənməsi ilə bağlı layihəni həyata keçirməsinə qadağa qoyub. Yeni layihənin qaydalara zidd olduğunu açıqlayan məhkəmə onu ləğv edib. Ekologiya Nazirliyinin şikayəti nəticəsində araşdırmalara başlayan Madrid Ədalət Məhkəməsi torpaq qanununun pozulmasını əsas gətirərək "Santyaqo Bernabeu"nun genişləndirilməsi, üstünün bağlanması və ətrafına otellər, alış-veriş mərkəzlərinin tikintisi ilə bağlı layihənin həyata keçirilməsinə icazə verməyib. Klubun bununla bağlı yazılı açıqlamasında məhkəmənin istəyinə uyğun hərəkət edəcələrini və Madrid Bələdiyyəsi ilə razılığa gələcəkləri bildirilib.




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
İngiltərə kuboku: “Mançester Yunayted” “Çelsi”ni mübarizədən kənarlaşdırıb
19.02.2019
Türkiyə Superliqası: “Başakşəhər” liderliyini möhkəmləndirib
17.02.2019
“Real Madrid” doğma meydanda “Girona”ya məğlub olub
17.02.2019
Rafael Ağayev Dubay Premyer Liqa turnirində bürünc medal qazanıb
16.02.2019
Azərbaycanlı atlet Balkan oyunlarında ikinci olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info