“Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaları istisna etmir”
Tarix: 13.02.2015 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


Almaniya Kansleri Angela Merkel bildirib ki, Avropa İttifaqı (Aİ) liderləri Avropa Komissiyasından Rusiyaya qarşı tətbiq oluna biləcək əlavə sanksiyalar paketini hazırlamağı xahiş edib.
BBC telekanalı xəbər verir ki, Almaniya kansleri Brüsseldəki mətbuat konfransında çıxış edərkən Aİ-nin Ukraynanın şərqində atəşkəs rejiminə əməl olunmayacağı təqdirdə Moskvaya qarşı yeni sanksiyaların tətbiq ediləcəyini istisna etmədiyini qeyd edib. Avropa Şurasının başçısı Donald Tusk Aİ ölkələri liderlərinin sammitinin yekununda, həmçinin Avropa İttifaqının artıq təsdiq olunmuş sanksiyaların vaxtını dəyişməyəcəyini bəyan edib.Qeyd edək ki, fevralın 12-si səhər saatlarında Almaniya, Fransa, Ukrayna və Rusiya liderlərinin Minskdə Ukraynanın şərqindəki qanlı münaqişənin nizamlanmasına dair 15 saatdan artıq davam edən danışıqların yekununda fevralın 15-dən etibarən atəşin dayandırılması və ağır texnikanın təmas xəttindən geri çəkilməsi barədə razılığa gəliblər. Keçən həftə Aİ sanksiya siyahısını genişləndirərək daha 19 Rusiya vətəndaşının və Rusiya yönümlü separatçının, həmçinin doqquz hüquqi şəxsin aktivlərini dondurub və onlara qarşı viza məhdudiyyətləri tətbiq edib.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info