Cisco-nun vitse-prezidenti: “Bakı innovasiyalar üçün regional mərkəzə çevrilə bilər”
Tarix: 16.02.2015 | Saat: 15:28:00 | E-mail | Çapa göndər


Bakı innovasiyalar, o cümlədən hərtərəfli internet sahəsində regional mərkəzə çevrilə bilər. Bu haqda şəbəkə avadanlığının işlənib hazırlanması sahəsində Amerikanın ixtisaslaşmış transmilli şirkəti “Cisco”nun Rusiya və MDB ölkələri üzrə vitse-prezidenti Conatan Sparrou bəyan edib.
Onun sözlərinə görə, Azərbaycan öz vətəndaşlarının həyatının rahatlaşdırılması məqsədilə innovasiyalı texnologiyalara və onların tətbiqinə böyük diqqət ayırır. Əgər Azərbaycan diqqətini müasir texnologiyaların tətbiqinə yönəltsə, ölkə öz sürətli inkişafını qeyri təbii sərvətlər hesabına da davam etdirə bilər. Yaxınlarda Barselona innovasiyalar paytaxtı kimi Avropa İttifaqının müvafiq mükafatını alıb. Conatan Sparrou ümid edir ki, Bakı da öz regionunda həmin mükafata layiq görüləcək. Nəzərə alsaq ki, şəhərin əsas məqsədi vətəndaşlara yaşamaq üçün keyfiyyətli şərait təmin etməkdir, sadəcə texnoloji infrastruktur qurub biznes-modellər yaratmaqdansa, qarşıya düzgün, uzaqgörən məqsədlər qoyulsa məqsədə çatmaq olar.
O, qeyd edib ki, hazırda “Cisco” şirkəti “ASAN xidmət” ilə sıx əməkdaşlıq edir. Şirkət həmçinin 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının keçirilməsi layihəsini də dəstəkləyir.
“ASAN-da fəaliyyət göstərən və daim inkişaf edən innovasiyalar mərkəzi də bizə müsbət təsir bağışladı. "Ağıllı" və təhlükəsiz şəhər konsepsiyası yeni biznes-modellərin, texnologiyaların, tətbiqetmələrin yaradılması üçün bir platform təqdim edir ki, bu sahənin də potensialı qlobal mobil tətbiqetmələr bazarının potensialından heç də kiçik deyil. Həm də, bu gün Bakıda yaradılan məhsullar bir müddət sonra Hindistan, ABŞ, Avropa ölkələrinin bazarlarına çıxa bilər. Bu cür texnologiyaların xaricə ixracı çox asan reallaşır, və sürətlə genişlənir”, deyə Sparrou qeyd edib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
Azərbaycanda boşanmaların sayı artıb
17.07.2019
Arıçılara 4,2 milyon manatdan çox subsidiya veriləcək
17.07.2019
Azərbaycanda əhalinin sayı daha 13 133 nəfər artıb
17.07.2019
Azərbaycanda 1238 əkiz, 36 üçəm doğulub
16.07.2019
Zaqatalada 171 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info